“Karyera portfoliosu” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir

“Karyera portfoliosu” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir.

Görüşdə MLK, 83 nömrəli məktəb-lisey və 238 nömrəli məktəbin 9-cu sinif şagirdləri iştirak edib.

Karyera yönəlimi və ya peşə seçimi emosional, mədəni və koqnitiv-davranışsal ehtiyaclara (mövqe ehtiyaclarına) müvafiq olaraq sistematik və tam psixoloji yanaşmanı tələb edir. Məlum olduğu kimi karyeraya dair yönləndirmənin və peşə seçimi ilə fərdi psixoloji xüsusiyyətlər arasındakı əlaqənin və uyğunluğun profesional incələnməsinin öz başlanğıcını məktəb dövründən götürməsi daha məqsədəuyğundur. Odur ki, bu istiqamətdə təhsilalnlara yardımçı olmağa çalışdıq.

Online Qeydiyyat