İxtisasartırma kursu
Art terapiya (60 saat)
Məqsəd: Art terapiya sahəsində dərin bilik, praktiki vərdiş və bacarıqlara malik peşəkar artterapistlər formalaşdırmaq
Auditoriya: Psixoloqlar, sosial işçilər, rəssamlar, pedaqoqlar, həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr, o cümlədən, art terapiya ilə maraqlananlar
Təlimçilər: Peşəkar psixoloq və rəssam Asəf Kərimov
“Art terapiya” kursunun proqramına aşağıdakı mövzular daxildir:
I Modul. Art terapiyaya giriş. Art terapiya nədir? Növləri, tarixi və fəlsəfəsi. Art terapiya dünya praktikasında. Art terapiyanın prinsipləri.
II Modul. Rənglər haqqında məlumat. Rənglərin insan psixikasına təsiri. Rənglərin simvolikası. Rəng stereotipləri. Rənglər psixodiaqnostik vasitə kimi.
III Modul. Art terapiya seanslarında gözlənilən çətinliklər. Təsviri sənət fəaliyyətinin uşaqlarda inkişafı və art terapiya seanslarına təsiri.
IV Modul. Uşaqlar və yeniyetmələrlə psixoloji iş zamanı art terapiyanın tətbiqi sahələri. Art terapiyada tətbiq edilən materialların seçimi ilə bağlı məsləhətlər.
V Modul. Art terapiyanın həyata keçirilməsi formaları və onlara uyğun oyunlar, struktur çalışmaların təqdim edilməsi və tətbiqi.
Rəsm, rəng terapiyası. Mandala texnikası. Applikasiya. Gil terapiyası. Maskalar. Face art. Qum terapiyası. Musiqi terapiyası. Rəqs terapiyası. Sosial teatr. Psixodram. Kukla marionet teatrı. Kölgə teatrı. Film terapiyası.
VI Modul. Art terapiya psixodiaqnostika vasitəsi kimi. Proyektiv testlər. Məişət zorakılığına məruz qalmış, zorakılıq hallarının şahidi olmuş uşaqlarla həyata keçirilən istintaq prosesində art terapiya üsullarından istifadə. Zorakılığa məruz qalmış uşaqlarla iş zamanı art terapiya formalarından istifadə. Art terapiya proqramları və struktur çalışmalar.
VII Modul. Fövqaladə hallarla (təbii fəlakətlər, texnogen qəzalar, müharibə) üzləşmiş uşaqlarla həyata keçirilən ilkin psixoloji yardım və sonrakı psixoterapiya zamanı art terapiya metodikalarından istifadə.
VIII Modul. Qorxu və fobiyaların psixoterapiyasında art terapiya formalarından istifadə. Bu istiqamətdə psixoloqun yaradıcılığı. Art terapiya təhsil sistemində. Məktəb psixoloqu üçün art terapiyadan istifadə ilə bağlı tövsiyələr.
IX Modul. Sosial psixoloji treninqlərdə özünüqiymətləndirmənin yüksəldilməsi ilə bağlı art terapiya metodikasından istifadə. Struktur çalışmalar.
X Modul. Art terapiyanın gələcək inkişaf perspektivləri. Yeni art terapiya materialları. Treninqin sonu.
İş üsulları:
Mini mühazirələr, slaydlar vasitəsilə nümunələrn təqdimi, uğurlu keyslərin təqdimi, praktiki çalışmalar, oyunlar, daqnostik şəkil testlər, proyektiv testlər, müzakirələr, debatlar, təcrübənin bölüşdürülməsi.
Proqramı bitirdikdən sonra Sizə müvafiq kursu bitirməklə bağlı İxtisasartırma haqqında Sənəd verilir.
Qeydiyyat üçün:
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 38, Psixologiya Elmi-Tədqiqat İnstitutu
Telefon: (+99412) 480-36-29
WhatsApp: (+99470) 268-27-08
E-mail: [email protected]