Ailə Psixologiyası və Ailə Terapiyası Üzrə İxtisasartırma Təhsili
Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Ailə psixologiyası və ailə terapiyası üzrə ixtisasartırma təhsili” proqramını təqdim edir. Bu proqram, psixoloqlar, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları (defektoloqlar, loqopedlər), sosialoqlar üçün nəzərdə tutulmuşdur.
Təhsilin strukturu
126 akademik saat
21 təhsil krediti
dövlət nümunəli sertifikat
Mövzunun aktuallığı
Cəmiyyətin əsas təməli olan ailənin daha sağlam, daha dinc və xoşbəxt ola bilməsini təmin etmək, ailəni təşkil edən fərdlərin problemlərini, onların əsas mənbəsinə enərək elmi, mədəni və psixoloji yönlərini araşdırmaq, problemləri aradan qaldıra biləcək bacarığa sahib insanların yetişdirilməsini əsas tutan bir məqsəd daşıyır. Ailə daxilində ortaya çıxan ailə üzvləri arasındakı problemlərin olması ilə yanaşı, bütün ailəyə təsirini göstərən ölüm, xroniki xəstəlik, bir ailə üzvünün evdən ayrılması və s. kimi yaşantılar zamanı ailənin bunlarla başa çıxa bilməsi üçün lazım olan professional dəstəyi göstərə biləcək peşə işçisi yetişdirməkdir.
Proqramın məqsəd və vəzifələri:
Proqramının məqsədi ailə terapiyası üzrə ixtisaslaşmış mütəxəssislər yetişdirməkdir. Ailə terapiyasının həlledici və çevik hədəfləri vardır. Məqsəd, ailənin yaşadığı problemlərin həlli ilə birgə, ailə üzvlərinin bir-birini daha yaxşı şəkildə anlamasını, həlledici və çevik sərhədlər qoya bilməsini təmin etməni asanlaşdıracaq yeni bacarıqlar qazandırmaqdır.
“Ailə psixologiyası və ailə terapiyası” proqramına daxildir:
- Ailə konsultasiyasına giriş və təməl müddəalarını öyrənmək
- Təməl psixoloji konsultasiya bacarıqları və ailə konsultasiyasında istifadəsibacarıqlarını mənimsətmək
- Ailə konsultasiyası nəzəriyyələri haqqında iştrakçıları məlumatlandırmaq
- Yetkin psixopatalogiyası haqqında məlumat verilməsi
- Ailədaxili münasibətlərin psixoloji təhlilini aparmaq
- Evlilik prosesi haqqında geniş məlumatlanma
- Ailədə cinsəllik anlayışı
- Ailə hüququ, ailədaxili zorakılıq və s.
- Ailə Təlim Proqramı
- Mütəxəssislərin peşə səriştəliyinin meyarları izah olunaraq praktik məşğələ ilə mənimsədiləcək.
- Psixoloji diaqnostika və kriteriyaları mövzusunda biliklər aşılanaraq, praktik məşğələlərlə mənimsədiləcək.
- Ailələrlə aparılan psixokorreksiya işi ilə əlaqədar müxtəlif problemlər zamanı düzgün psixoloji yanaşma müxtəlif keyslər və praktik məşğələlər vasitəsilə mənimsədiləcək
- Psixoterapevtik texnikalar praktik şəkildə izah ediləcək.
Proqramın Mövzuları və İstiqamətləri
- Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar anlayışı
- Neyroinkişaf pozuntusu olan uşaqların ümumi səciyyəsi və onların əsas psixolxoji xüsusiyyətləri
- Neyroinkişaf pozuntusu olan uşaqlarla həyata keçirilən psixodiaqnostika və psixokorreksiya işinin təşkili
- Eşitmə funksiyası pozulmuş uşaqların psixoloji xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixolji iş
- Görmə funksiyası pozulmuş uşaqların psixoloji xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixoloji işin təşkili
- İstinad-hərəkət aparatının pozuntularına malik olan uşaqların psixoloji xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixoloji iş
- Nitq pozuntularına malik olan uşaqların psixoloji xüsusiyyətləri və onlarla psixoloji işin təşkili
- İntellektual inkişafı pozulmuş uşaqların psixoloji xüsusiyyətləri, psixoloji diaqnostikası və onlarla psixoji işin təşkili
- Psixi inkişaf ləngliyi (PİL) olan uşaqların psixoloji xüsusiyyətlər işinin təşkili
- Daun sindronmlu uşaqların psixoloji xüsusiyyətləri, psixoloji diaqnostikası və bu uşaqlarla psixoloji işin təşkili
- Davranış pozuntuları olan uşaqların psixoloji xüsusiyyətləri, müəyyənləşdirilməsi və onlara psixoloji yanaşma
- Təlimdə çətinliklərlə qarşılaşan uşaqların psixi inkişafının xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixoloji işin təşkili
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafında ailələrin rolu
- Dövlət səhiyyə, təhsil, sosial xidmət sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan psixoloji xidmət yönümlü işlər və müəssisələr
Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.