Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində İqtisadiyyat və Menecment fakültəsində “Sosial fobiya və Özgüvən” mövzusunda seminar keçirilmişdir

12.05.2022 tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində İqtisadiyyat və Menecment fakültəsində “Sosial fobiya və Özgüvən” mövzusunda seminar keçirilmişdir. Təlimçi: Psixologiya Elmi-Tədqiqat İnstitutunun Layihələr və Korporativ Əməkdaşlıqlar şöbəsinin müdiri, Uzman psixoloq Nəzrin Məmmədzadə

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi

0.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin iclası keçirildi. İclasda institutun sədri Elnur Rüstəmov, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, klinik psixoloq Narınc Rüstəmova, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin Uşaq bölməsinin rəhbəri Aydan Nəzərova və mərkəzin mütəxəssisləri iştirak etdilər. İclasda ötən ay ərzində müraciət edən şəxslərin problemləri ilə bağlı statistik göstəricilərə nəzər salındı, […]

Psixo-help: Uşaqlarda nitqin inkişaf mərhələləri

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir. Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir. Layihə çərçivəsində növbəti görüş 13.05.2022 tarixində saat 14:00-da baş tutacaq. Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, defektoloq-loqoped Tunarə […]

“Metaforik Assossiativ Kartlar” təlimi

Fotolar “Metaforik Assossiativ Kartlar” təlimini əks etdirir. • Təlim Psixologiya Elmi-Tədqiqat İnstitutu Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olundu. • Təlimin mövzusu üzrə zəruri biliklər iştirakçılara çatdırıldı, praktik texnikalarının tətbiqi öyrədildi, dərs materialları və slaydlar iştirakçılara təqdim edildi. • Peşəkarlıqla tədris olunan təlim üçün Mətanət xanıma təşəkkürümüzü bildirir, […]

Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, Ramiz Quliyevin tələbələri və sənətsevərlər iştirak ediblər.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad […]

VI Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu

07.05.2022-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi VI Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri Şahin Şərifov, şöbənin əməkdaşları, koordinatorlar Ayşən Qəribova və Nigar Əsgərova çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri […]

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA kursu

450 saatlıq proqram həftədə 2 dəfə 6 saat olmaqla 6 ay müddətində davam edəcək. Proqrama daxildir: Ailə Təhsili;Ailə Təliminin Tədris Problemləri;Pozitiv Psixologiya;Psixopatologiya;Ailə Psixoterapiyası Nəzəriyyələri;Ailə Sağlamlığı;Uşaqda Davranış Pozuntuları;Valideyn Bacarıqları;Xüsusi qayğıya ehtiyacı olan uşağı olan ailələr;Psixoloji Konsultasiya Prinsipləri və Texnikaları;Koqnitiv-Bihevioral Ailə Psixoterapiyası;Həll Mərkəzli Ailə Psixoterapiyası;Ailə Psixoterapiyası Prosesi;Ailə Psixoterapiyasında Superviziya;Ailə Hüququ;Uşaq Hüquqları və Qanunu;Ailədə etinasızlıq, istismar və travma;Psixoloji […]

“Metaforik Assossativ” təlimi

 Dəyərli izləyicilərimiz Psixologiya Elmi Tədqiqat İnstitutu sizə 3 saatlıq “Metaforik Assossativ” təlimini təqdim edir. Metoforik asossiativ kartlar ( OH kartlar və Spektrokartlar) son dövrlər psixologiyada tətbiq olunan və öz elmi təsdiqini tapmış yeni metodlardandır. Artıq bir ilə yaxındır ki mərkəzimizdə bu metodikalar tətbiq olunur. Düşünürük ki, hər bir psixoloq bu yeni ve maraqlı metodikanı bilməli […]

Ramazan Bayramı

Əziz müsəlmanlar!Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Müqəddəs Ramazan Bayramı münasibətilə hər birinizi təbrik edir, Allahdan tutduğunuz orucların, etdiyiniz duaların qəbul olunmasını diləyirik!

“Məktəblinin dostu” layihəsi çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir

“Məktəblinin dostu” layihəsi çərçivəsində 29.04.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlim keçirilmişdir. Təlimlərdə 1 ay müddətində 100 məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulmuşdur. Təlimlərin keçirilməsinin əsas məqsədi təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.

Cəmiyyətdə normaları pozan, qırmızı xətləri aşan Tik Tok: “Hər gün bir yeniyetmə intiharının şahidi oluruq”

Son zamanlarda məşhur sosial platformaya çevrilən “Tik-Tok” yaranan yeni trendlər artıq cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Bir çox insanın gününün çox hissəsini keçirtdiyi bu platformanın digər sosial şəbəkələrdən əsas fərqi odur ki, burada insanlar öz davranışlarına hər hansı bir məhdudiyyət qoymurlar və müəyyən qırmızı çizgiləri keçirlər. İstər gənclərlə bağlı, istər məşhurların oradakı iştirakı ilə bağlı bəzən […]

Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı

23-24 aprel 2022-ci il tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər, perspektivlər” mövzusunda Məktəb Psixoloqlarının II Ümumrespublika Konfransı keçirilmişdir.İki günlük […]

Online Qeydiyyat