Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüşüb
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüşüb. Görüşdə aylıq hesabatlar, müraciət edən şəxslərin reabilitasiyası ilə bağlı nəticələr və geridönüşləri,PXRM-in qaydalarından bəhs edilib. Bununla yanaşı, mütəxəssislərin peşə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlərə cəlb edilməsi müzakirə olunub.
Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüşüb
Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri ilə görüşüb. Görüşdə aylıq hesabatlar, müraciət edən şəxslərin reabilitasiyası ilə bağlı nəticələr və geridönüşləri,PXRM-in qaydalarından bəhs edilib. Bununla yanaşı, mütəxəssislərin peşə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlərə cəlb edilməsi müzakirə olunub.
Psixologiya Elmi Tədqiqat İnstututunda “PEP- R psixi inkişaf dəyərləndirməsi” təliminin son dərsi keçirilib. Təlim hibrid (həm canlı, həm onlayn) şəkildə həyata keçirilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri Elnur Rüstəmov tərəfindən “Ailə psixologiyası” kursunun növbəti dərsi keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri Elnur Rüstəmov tərəfindən “Ailə psixologiyası” kursunun növbəti dərsi keçirilib. Sözügedən kurs Türkiyənin Yıldız Texniki Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Dərsdə “Şəxsiyyətlərarası münasibətlər və ailə ünsiyyəti” mövzusunda danışılıb. Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Elnur Rüstəmova dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!
“Psixoloji diaqnostika və psixokorekksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimlərinin növbəti hissəsi davam edir
“Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün nəzərdə tutulmuş “Psixoloji diaqnostika və psixokorekksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimlərinin növbəti hissəsi davam edir.
Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixologiya” elmi jurnalının 2023-cü il 1, 2, 3 və 4 saylı nüsxələri çap olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixologiya” elmi jurnalının 2023-cü il 1, 2, 3 və 4 saylı nüsxələri çap olunub.
Ailə Psixologiyası Kursunun növbəti dərsi Vəkil Faiq Nağıyev canlı şəkildə Psixologiya Elmi Tədqiqat İnstitutunda keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən Ailə Psixologiyası Kursunun növbəti dərsi Vəkil Faiq Nağıyev canlı şəkildə Psixologiya Elmi Tədqiqat İnstitutunda keçirilib. Dərsdə “Uşaq və ailə hüquqları” mövzusu haqqında danışılıb.
F.ü.f.d. Elnur Rüstəmov bizim.media saytına müsahibə verib
Xəbər verildiyi kimi, mayın 26-da abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcəklər. Abituriyentlərin böyük əksəriyyəti imtahandan əvvəl qorxu, stress yaşayırlar. Bunun ən böyük səbəblərindən biri də ailələri tərəfindən basqı görmələridir. Maraqlıdır, abituriyentlər özlərini imtahana psixoloji olaraq necə hazırlamalıdırlar? Psixologiya Elmi Tədqiqat İnstitutunun sədriElnur Rüstəmov Bizim.Media-ya bildirib ki, stress səviyyəsi imtahana hazırlıq dövründə […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu Antalya Klinik Psikoloji Ensitütüsü kurucusu, uzman klinik-psixoloq Sibel Dinç Akıncının təqdimatında “Cinsi Terapiya” kursunun onlayn sınaq dərsi keçirilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutu Antalya Klinik Psikoloji Ensitütüsü kurucusu, uzman klinik-psixoloq Sibel Dinç Akıncının təqdimatında “Cinsi Terapiya” kursunun onlayn sınaq dərsi keçirilib.
F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib
Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Məlumdur ki, 11 il ərzində oxuyub ali məktəbə qəbul olmaq üçün çalışan abituriyentlər kiyafət qədər stress yaşayırlar. Bu stress isə onların nəticələrinə təsirsiz ötüşmür. Eyni zamanda təəssüflər olsun […]
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrində sağlam emosional mühitin yaradılması” layihəsi davam edir.
“Psixoloji diaqnostika və psixokorekksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib
“Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün nəzərdə tutulmuş “Psixoloji diaqnostika və psixokorekksiya üsulları” təkmilləşmə və ixtisasartırma təlimlərinin növbəti mərhələsinə start verilib.