Uşaq Psixologiyası Kursu (Modul 3)

İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun lll modulu 18.11.2019 tarixində Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının İnkişaf Geriliyi üzrə şöbə müdiri, psixoloq Türkan Mikayıllının təqdimatında baş tutdu.Türkan xanıma zəngin informasiyalarla dolu dərs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza uğurlar arzu edirik.

Koqnitiv-Bihevioral Terapiya (Modul 6)

28.09.2019 tarixində başlayan, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya kursu ötən həftə, 09.11.2019 tarixində başa çatdı.Bu gün, 16.11.2019 tarixində kurs iştirakçıları ilə 6 modul üzrə davam edən 24 saatlıq kurs proqramı əsasında imtahan keçirildi. İmtahandan uğurla keçən, kursu […]

Klinik psixologiya kursu (Modul 3)

16.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun üçüncü modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır.Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu (Modul 3)

16.11.2019 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun üçüncü modulu baş tutdu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak edirlər.Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.

Uşaq psixologiyası kursu (Modul 2)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun ikinci modulu 11.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

“Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” təlimi

11.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” mövzusunda təlim keçirildi. Nərmin xanım təlimin mövzusuna uyğun olaraq, hər bir şəxsiyyət tipi haqqında ətraflı məlumat verib, onları bir-birindən fərqləndirən xüsusiyyətləri qeyd etdi. Həmçinin, şəxsiyyət tipləri ilə şəxsiyyət pozuntularını bir-birindən fərqləndirməyin yollarını izah edib həmin […]

Loqopediya kursu (Modul 4)

Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın 11.11.19 tarixdə tədris etdiyi Loqopediya Kursunun dördüncü modulundan görüntüləri sizə təqdim edirik.

“Klinik Psixologiya” Kursu (Modul 2)

09.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun ikinci modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır.Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.

Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu (Modul 2)

09.11.2019 tarixində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursunun ikinci modulu baş tutdu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak edirlər.Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.

Ümumi psixologiya kursu (Modul 3)

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadənin 06.11.19 tarixdə tədris etdiyi ÜMUMİ PSİXOLOGİYA KURSU-nun lll modulundan görüntüləri sizə təqdim edirik.

Loqopediya kursu (Modul 3)

Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın tədris etdiyi Loqopediya Kursunun 05.11.2019 tarixdə baş tutan üçüncü modulundan görüntüləri sizə təqdim edirik.

III Könüllü Fəaliyyət Qrupu – “Klinik psixologiya” mövzulu seminar

05.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun lll Könüllü Fəaliyyət Proqramı üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursu start götürdü. Kurs proqramı çərçivəsində ilk dərs Klinik Psixologiyaya həsr olundu və Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olundu.Nərmin xanıma yeni informasiyalar və praktik məşğələlərlə zəngin dərs üçün təşəkkürümüzü bildirir, könüllülərimizə isə uğurlar arzu edirik.

Online Qeydiyyat