“Tələbə Psixoloqların I Ümumrespublika Konfransı”

“Tələbə Psixoloqların I Ümumrespublika Konfransı”

23 Dekabr 2018 – cil il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə “Tələbə Psixoloqların I Ümumrespublika Konfransı” keçirilmişdir.Konfransda 5 peşəkar spikerin, Araz Manuçöhri-Lalei, Mələk Kərimova, Orxan Oruc, Narınc Rüstəmova və Gülər Məmmədovanın təqdimatında müxtəlif mövzuda maraqlı təqdimatlar və workshoplar keçirilmişdir.

“Düşüncələrimizin həyatımıza təsiri” seminarı

“Düşüncələrimizin həyatımıza təsiri” seminarı

17.12.2018 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Texnologiya və Dizayn fakültəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə tələbələrlə görüşərək “Düşüncələrimizin həyatımıza təsiri” mövzusunda çıxış etmişdir.

“Uğura gedən yolda pozitiv düşüncənin rolu” seminarı

“Uğura gedən yolda pozitiv düşüncənin rolu” seminarı

15.12.18 tarixində, saat 13:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutu BDU-nun Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “Uğura gedən yolda pozitiv düşüncənin rolu” təlimini keçirildi.

“İmtahan qabağı stressin aradan qaldırılması”

“İmtahan qabağı stressin aradan qaldırılması”

13 dekabr 2018 tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın qonağı oldu. Psixoloq şagird heyəti ilə görüşərək “İmtahan qabağı stressin aradan qaldırılması” mövzusunda çıxış etdi. Görüş zamanı şagirdləri narahat edən əsas psixoloji məqamlara toxunuldu və qarşılıqlı müzakirə əsasında şagirdlərin sualları psixoloq tərəfindən cavablandırıldı.

“Pİ-TALK” – ELNUR RÜSTƏMOV

“Pİ-TALK” – ELNUR RÜSTƏMOV

09.12.18 tarixində “Pİ-talk” layihəsi çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Ailə Psixologiyasi” mövzusunda çıxış etdi.

“Psixologiyaya Giriş” təlimi

“Psixologiyaya Giriş” təlimi

1 dekabr tarixində Psixologiya Elmi -Tədqiqat İnstitutunda Psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Məhərrəm Əliyevin təqdimatında “Psixologiyaya Giriş” təliminin ilk modulu keçirildi. İlk mövzu “Psixologiya elminin mahiyyəti və psixoloji əsasları” oldu.

“Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” təlimi

“Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” təlimi

25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu, “Nəzəri və Eksperimental Psixologiya” şöbəsi tərəfindən “Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” mövzusunda təlim təşkil olundu. Həkim-psixiatr Orxan Fərəclinin təqdimatında keçirilən, 5 saat müddətində davam edən təlimdə iştirakçılara aşağıda qeyd olunan mövzular üzrə məlumat verildi:• Somatizasiya pozuntusu• Konversion pozuntu• Ağrı pozuntusu• Hipoxondriya• Bədən dismorfobik pozuntusu• Bipolyar depressiyanın […]

“Dislaliya və onun korreksiyası” təlimi

“Dislaliya və onun korreksiyası” təlimi

25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu, İnkişaf və Yaş Psixologiyası Şöbəsi tərəfindən “Dislaliya və onun korreksiyası” təlimi təşkil olundu. Defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında keçirilən təlim iki hissədən ibarət olub nəzəriyyə və praktikanı özündə birləşdirdi. 6 saat müddətində davam edən təlim zamanı iştirakçılara aşağıdakı mövzular üzrə məlumat verildi:• Artikulyasiya aparatının diaqnostikası;• Dilaltı pərdənin uşaqların nitqinə təsiri;• […]

“Özünüdərk və Etnopsixologiya” Seminarı

“Özünüdərk və Etnopsixologiya” Seminarı

10.11.2018 tarixində, Psixologiya Elmi Tədqiqat İnstitutunda, Psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “Özünüdərk və Etnopsixologiya” təlimi keçirildi.Mövzuyla bağlı dəyərli fikirlərini bildirən Ramiz müəllim tədbirin ikinci hissəsində iştirakçıların suallarını ətraflı şəkildə cavablandırdı. İnteraktiv aparılan müzakirədən sonra tədbir yekunlaşdı və iştirakçılarla xatirə fotosu çəkildi.

Online Qeydiyyat