Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan və ötən il Azərbaycan dilinə adaptasiya olunmuş 5 sualdan ibarət ÜST-5 Rifah İndeksi şkalası vasitəsilə 14 gün müddətində özünüzü necə hiss etdiyinizi dəyərləndirməklə rifah səviyyənizi ölçə bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən formalaşdırılan və ötən il Azərbaycan dilinə adaptasiya olunmuş 5 sualdan ibarət ÜST-5 Rifah İndeksi şkalası vasitəsilə 14 gün müddətində özünüzü necə hiss etdiyinizi dəyərləndirməklə rifah səviyyənizi ölçə bilərsiniz. Şkala 25 ballıq sistemdə qiymətləndirilir. 25 bala yaxın nəticələr rifah səviyyəsinin yüksək olduğunu, 0-a yaxın əldə olunan nəticələr isə aşağı olduğunu ifadə edir. […]

Rasional Emosional & Koqnitiv Davranış Terapiyasının seanslarda tətbiqi mövzusunda psixoloq, psixoterapevt Xudaverdi Məmmədov tərəfindən onlayn seminar keçirilib

Rasional Emosional & Koqnitiv Davranış Terapiyasının seanslarda tətbiqi mövzusunda psixoloq, psixoterapevt Xudaverdi Məmmədov tərəfindən onlayn seminar keçirilib. Öz bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün psixoloq, psixoterapevt Xudaverdi Məmmədova təşəkkürümüzü bildiririk.

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupu və könüllü qrupu ilə elmi-tədqiqat işlərinin aparılmadı ilə bağlı görüş keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupu və könüllü qrupu ilə elmi-tədqiqat işlərinin aparılmadı ilə bağlı görüş keçirilib. Hazırda “Ömürboyu bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”nı Azərbaycan dilinə uyğunlaşdırılması üçün tədqiqatlar aparılır. Tədqiqatın hədəf kütləsini təşkil edən şəxslərdən məlumat almaq üçün tədqiqat sorğusu hazırlanmış və insanlarla paylaşılmışdır. Psixologiya Elmi-Tədqiqat İnstitutunda könüllülük fəaliyyətinə cəlb olunan […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov medianews.az saytına müsahibə verib

Yay tətili bitir və yeni tədris ili başlayır. Bəzi uşaqlar bol istirahət və oyunlardan sonra məktəbə getməyə bir o qədər həvəsli deyillər. Uşaqları məktəbə cəlb etmək üçün nə edilməlidir? Mövzu ilə bağlı Medianews.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, həm valideynlər, həm də uşaqlar üçün qayğısız tətil günlərindən dərs rejiminə keçid […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tns.az saytına müsahibə verib

Plastik cərahiyyə əməliyyatlarının yaşı kifayət qədər qədimdir. Bu cür əməliyyatlar tibbi mahiyyət daşıyıb və hələ eramızdan əvvəl Hindistanda edilib. Amma günümüzdə bu cür əməliyyatların mahiyyəti dəyişmib. Estetik, kosmetik cərahiyyə əməliyyatları ortaya çıxıb və bunların tibblə heç bir əlaqəsi yoxdur. İnsanlar görünüşlərini dəyişmək, daha yaxşı görünmək üçün bu cür əməliyyatları etdirməyə başlayıblar. Burun, dodaq, qulaq və […]

Özünəhörmət hissi insanlara smartfondan asılılıq yaradan davranışlarla mübarizə aparmağa kömək edən əsas komponentdir

Smartfon işləmək, insanlarla əlaqə saxlamaq və gündəlik işlərimizi yerinə yetirməkdə bizə kömək etsə də, eyni zamanda həddindən artıq istifadə zamanı asılılığa çevrilə bilər. Smartfon asılılığının həyatımızın bir çox vacib aspektlərinə zərərli təsir göstərdiyi məlumdur. Bu məsələnin aktuallıq kəsb etməsi Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən özünəhörmət və smartfon asılılığı arasında özünənəzarətin vasitəçi rolunun araşdırılması zərurəti doğurdu.  Bu […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov qaynarinfo.az saytına müsahibə verib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov qaynarinfo.az saytına müsahibə verib. “Əvvəl işimdən çox utanırdım, gizlətməyə çalışırdım. Dost-tanışın işlədiyim məkana gəldiyini görəndə qaçıb gizlənmək istəyirdim. Çünki “yaxşı qız ofisiant işləməz” sözünü çox eşitmişdim, lakin kimi başa sala bilərdim ki, mənim bu işə ehtiyacım var və halal pulumu qazanıram…” “YAXŞI QIZ OFİSİANT İŞLƏMƏZ” SÖZÜNÜ ÇOX EŞİTDİYİM […]

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”nın Azərbaycan dilində psixometrik meyarlarının yoxlanılması və dilimizə adaptasiyasının həyata keçirilməsi istiqamətində işlərə start vermişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranandan Azərbaycanda psixologiya sahəsində tədqiqat potensialının gücləndirilməsinə və onun inkişafına töhfə verir. Bu müddət ərzində cəmiyyətdə müxtəlif yaş qruplarında rast gəlinən psixoloji problemlərin tədqiq olunması üçün psixometrik qiymətləndirilməsi aparılmış, valid və mötəbər 14 şkalanın Azərbaycana dilinə adaptasiyası həyata keçirilmişdir. Müxtəlif psixososial problemlərin tədqiqinə əsaslanan modelləmələrin aparıldığı 11 tədqiqat işi və 6 şkalanın […]

“Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi” və “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda keçirilən ixtisasartırma təlimləri davam edir

Sentyabr ayının əvvəlindən Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi” və “Uşaq və yeniyetmə psixologiyasının əsasları” mövzusunda keçirilən ixtisasartırma təlimləri davam edir.  Psixologiya Elmi-Tədqiqat İnstitutundan verilən məlumata görə, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.  Bildirilib ki, […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib

Məktəblərin başlamasına artıq sayılı günlər qalıb. Evlərdə məktəb həyacanı və hazırlığı var. Amma bu hazırıq yalnız məktəb alış-verişindən ibarət olmamalıdır. Belə ki, 3 aylıq tətildən qayıdan uşaqların məktəbə adaptasiya prosesi də diqqətlə aparılmalıdır. Bəs bu zaman nələrə diqqət edilməlidir? Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, tədris ilinin başlanması təkcə uşaqlar üçün […]

Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün «Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi» mövzusunda təlimlər

Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün «Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi» mövzusunda təlimlər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova 3-6 sentyabr tarixdə Portuqaliyanın Estoril şəhərində keçirilən Avropa Sağlamlıq Psixologiyası Cəmiyyətinin 38-ci İllik Konfransında iştirak ediblər

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, uzman klinik-psixoloq Narınc Rüstəmova 3-6 sentyabr tarixdə Portuqaliyanın Estoril şəhərində keçirilən Avropa Sağlamlıq Psixologiyası Cəmiyyətinin 38-ci İllik Konfransında iştirak ediblər. Builki konfrans “Davamlı gələcək üçün sağlamlıq psixologiyası” adı altında keçirilib. Konfransda “Sağlamlıqda bərabərsizlik və inklüzivlik: Sosial, siyasi və mədəni faktorların sağlamlığa təsirləri və bu […]

Online Qeydiyyat