“Şagirdlərə müstəqil peşə seçiminə və karyera planlaşdırılmasına dair psixoloji dəstək üzrə “Karyera Portfoliosu” proqramı” layihəsi çərçivəsində ilk görüşümüz oldu.

İş həyatında uğurlu olmağın ən vacib addımı olan karyera planlaşdırması, təhsillərini başa vuran və gələcəyə dair narahatlıqları olan şəxslərin hədəflərinə çatmalarını asanlaşdıran bir xəritədir. Bu gün yeniyetmələr öz gələcək həyatının xəritəsini çıza bilirmi? Bu suala çavab tapmaq, bu yolda onlara dəstək olmaq üçün yeni bir layihəyə start verdik . Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V […]

“Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” layihəsi çərçivəsində təlimlərimiz reallaşdı.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi qalibi olan “Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi” layihəsi çərçivəsində əməkdaş məktəblərin inzibati heyətinin I qrupu üçün təlimimiz reallaşdı. Təlimdə Bakı şəhəri 238 nömrəli, 93 nömrəli tam orta məktəb və 16 nömrəli THL müəllim heyəti iştirak edirdi. Təlimdə […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanım Rüstəmova Yıldız Teknik Universitetinin rektoru prof Tamer Yılmaz və Yıldız Teknik Universitetinin Eğitim Fakültəsi dekanı, prof Mehmet Engin Denizlə görüşü baş tutmuşdur.

01.11.2021 tarixində Türkiyənin İstanbul şəhərində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc xanım Rüstəmova Yıldız Teknik Universitetinin rektoru prof Tamer Yılmaz və Yıldız Teknik Universitetinin Eğitim Fakültəsi dekanı, prof Mehmet Engin Denizlə görüşü baş tutmuşdur. Görüş çərçivəsində Yıldız Teknik Universitetinin rəhbər heyəti ilə birgə əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdu.

“Uşaqlarda qida pozuntuları” vebinarı

Dəyərli izləyicilərimiz, 30.10.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Uşaqlarda qida pozuntuları” vebinarından görüntüləri sizə təqdim edirik. Təlimçilər: Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Fərəcli və Can klinikasının dietoloqu Ceyhunə Yusifova. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım və Ceyhunə xanım iştirakçılara mövzu üzrə […]

V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

30.10.2021 tarixində institutumuzda V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi. Təlim “Psixoloji məsləhət prosesində xüsusi problemlər” mövzusuna həsr olundu və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadənin təqdimatında baş tutdu. Nərmin xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı.Bilik və təcrübələrini könüllülərlə paylaşdığı […]

Psixo-help – “Simbioz Bağlılıq”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 29.10.2021 tarixində baş tutdu. Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin İsazadə, mövzu isə “Simbioz Bağlılıq” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. […]

“Peşəkar Psixoloq” Təcrübə Proqramı

Fotolar “Peşəkar Psixoloq” Təcrübə Proqramının dərslərini əks etdirir. Qeyd edək ki, təcrübə proqramı Psixologoya Elmi-Tədqiqat İnstitutu Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur. Hər dərs mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırılır, praktik texnikalarının tətbiqi öyrədilir, dərs materialları və slaydlar iştirakçılara təqdim edilir. Peşəkarlıqla tədris olunan kurs üçün Mətanət […]

V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi.

23.10.2021 tarixində institutumuzda V Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirildi. Təlim “Lüşer proyektiv testinin tətbiqi” mövzusuna həsr olundu və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Leyla Əliyevanın təqdimatında baş tutdu. Leyla xanım könüllülərə mövzu üzrə nəzəri məlumatlarla yanaşı, həmçinin zəruri olan praktik biliklər də verdi, onların suallarını cavablandırdı. Bilik və təcrübələrini könüllülərlə paylaşdığı […]

18 Oktyabr Azərbaycan Respublikası Müstəqilliyin Bərpası Günüdür!

Bu gün 18 Oktyabr Azərbaycan Respublikası Müstəqilliyin Bərpası Günüdür! Müstəqilliyimiz qələbələrimizin təməlidir! Bu gün müstəqil Azərbaycan xalqı cənab Ali Baş Komandanımızın rəhbərliyi altında güclü ordumuzun qazandığı qələbələrə şahidlik edir! Sevinc və qürur hissi ilə bütün xalqımızı Milli Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, birlikdə hər zaman qələbə sevinci yaşamağımızı arzu edirik! Qarabağ Azərbaycandır!

Psixo-help – “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 15.10.2021 tarixində baş tutdu. Qonağımız, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Təhsil və Elmi-metodiki şöbənin müdiri, Psixologiya Fəlsəfə Elmlər doktoru, dosent Hökümə Əliyeva, mövzu isə “Pandemiya dövründən sonra şagirdlərin məktəbə adaptasiyası” oldu. Zoom platforması üzərindən tədris […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunda IV Könüllü Fəaliyyət Qrupunun Məzun Günü keçirildi.

01.10.2021 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda IV Könüllü Fəaliyyət Qrupunun Məzun Günü keçirildi. Qeyd edək ki, məzun olan könüllülər 01.10.2019-01.10.2021 tarixlərində institutumuzda könüllü fəaliyyət göstərmişlər. Məzun Günü tədbiri Könüllü Fəaliyyət Qrupunun üzvlərinin dəvəti ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Məzun günündə açılış üçün nitq Milli […]

Psixo-help – “Qərar verməkdə çətinlik çəkən insanlar”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 08.10..2021 tarixində baş tutdu. Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Aytən Əlizadə, mövzu isə “Qərar verməkdə çətinlik çəkən insanlar” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Aytən xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, […]

Online Qeydiyyat