5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!” ( Ümummilli Lider Heydər Əliyev) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür! “Müəllimlər cəmiyyətin memarlarıdır” – desək, yəqin ki yanılmarıq. Hər kəsin layiqli bir vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz rolu vardır. Müəllim müqəddəsdir, həyatımızın bütün dövrlərində insanlara bilik vermək, elm öyrətmək kimi böyük bir vəzifənin öhdəsindən gələn peşə sahibidir. […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu.

02.10.2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva, Layihələr və Korporativ Əməkdaşlıq Şöbəsinin əməkdaşı Nərmin İsazadə, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı, Könüllü Fəaliyyət Qrupunun […]

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Bakı şəhər 200 nömrəli məktəb-lisey kompleksinin birgə əməkdaşlığı çərçivəsində, həmin məktəbin ibtidai sinif şagirdlərilə görüş baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Bakı şəhər 200 nömrəli məktəb-lisey kompleksinin birgə əməkdaşlığı çərçivəsində, 24.09.2021 tarixində həmin məktəbin ibtidai sinif şagirdlərilə görüş baş tutdu. Görüşdə Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, psixoloq Ülviyyə Nəhmətova, Leyla Əliyeva, Nərmin Vəliyeva və Fidan Abilli Əliyeva iştirak etmişdir. Görüşün məqsədi şagirdlərlə “Pandemiyadan sonra şagirdlərin məktəbə adaptasiyası” mövzusunda maarifləndirici söhbət aparmaq […]

Psixo-help – “Prenatal və Postnatal depressiya”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 01.10..2021 tarixində baş tutdu. Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Nərmin Xəlilova, mövzu isə “Prenatal və Postnatal depressiya” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Nərmin xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların […]

Müdafiə Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində zabitlərə psixoloji mövzularda təlimlər keçirildi.

Müdafiə Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində zabitlərə psixoloji mövzularda təlimlər keçirildi. Təlimçi: Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadə.

V Könüllü Fəaliyyət Proqramına qeydiyyat başa çatdı.

Dəyərli izləyicilərimiz, 27-28 sentyabr 2021-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi V Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət qeydiyyat başa çatdı. Qeydiyyatdan keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı. Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru , psixoloq Nərmin Quliyeva, Layihələr Təlimlər və Korporativ Əməkdaşlıqlar şöbəsinin müdiri, psixoloq Nərmin İsazədə , Marketinq və İctimaiyyətlə Əlaqələr […]

Cənab Ali Baş Komandan İlham Əliyev vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə bu gün saat 12:00-da bir dəqiqəlik sükut elan ediləcək. Allahdan bütün şəhidlərimizə rəhmət, ailə üzvləri və yaxınlarına səbr diləyirik!

“Psixoterapevtik Texnikalar” workshopu

Görüntülər Zoom platforması üzərindən baş tutan “Psixoterapevtik Texnikalar” workshopunu əks etdirir. 21.09.2021, 24.09.2021 tarixlərində baş tutan workshop Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisləri, Yaş və inkişaf psixologiyası şöbəsinin əməkdaşı, BDU-nun müəllimi, klinik psixoloq Mələk Allahverdiyeva və Layihələr, təlimlər və Korporativ Əməkdaşlıq şöbəsinin əməkdaşı, klinik psixoloq, thetahealer Nuranə Salmanlı təqdimatında həyata keçirilmişdir. Mütəxəssislər iştirakçılara proqram üzrə […]

Psixo-help – “Trixotillomaniya”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin təqdim etdiyi “Psixo-help” layihəsinin növbəti görüşü 17.09.2021 tarixində baş tutdu. Qonağımız, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin mütəxəssisi, psixoloq Səbinə Ələkbərova, mövzu isə “Trixotillomaniya” oldu. Zoom platforması üzərindən tədris olunan vebinarda Səbinə xanım iştirakçılara mövzu üzrə zəruri məlumatları verdi, onların suallarını cavablandırdı. Görüş […]

İsrail-Azərbaycan Təlim Mərkəzində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təşkil olunan “Peşəkar” layihəsi çərçivəsində ilk təlimlərə başlanıb.

Sentyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təşkil olunan ilk təlimlərə başlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında “Peşəkar” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə […]

“Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində təşkil olunan İT kurslarının seçim mərhələsinin ilk hissəsi başa çatıb.

“Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində təşkil olunan İT kurslarının seçim mərhələsinin ilk hissəsi başa çatıb. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və müharibə iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə təşkil olunan kursların ilk seçim mərhələsində müsahibədə iştirak edən 72 nəfərdən 54-ü bu mərhələni uğurla başa vuraraq kurslarda iştirak haqqı qazanıb. […]

Online Qeydiyyat