Psixoloji Məsləhətə Giriş Kursu 2 (Modul 1)
Psixoloji Məsləhətə Giriş Kursu yenidən tədris olunmağa başladı. Kursun ilk modulu 07.12.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olundu.İştirakçıların məmnuniyyətinə səbəb olan ilk dərs üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik.
PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursu (Modul 1)
Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya Kafedrasının müəllimi, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Əli Xəlilovun “PSİXODİAQNOSTİKA: Proyektiv Metod və Metodikalar” Kursunun proqramı ilə tədris etdiyi fərdi dərsindən görüntüləri sizə təqdim edirik.Nəzəri biliklər və praktik texnikalarla zəngin olan dərslərdə siz də iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 ( mobil/what’s App)
Uşaq Psixologiyası Kursu (Modul 5)
Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursunun beşinci modulu 02.12.2019 tarixində baş tutdu. Nəzəriyyə ilə yanaşı, praktik dərslərə keçid edildi.Narınc xanıma təşəkkürümüzü bildirir, iştirakçılarımıza növbəti modullarda görüşmək diləyilə uğurlar arzu edirik.
Loqopediya Kursu (Modul 6)
Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın institutumuzda tədris etdiyi Loqopediya Kursunun praktik dərsləri davam edir. 02.12.2019 tarixində baş tutan VI modulda Qönçə xanım kurs iştirakçılarına effektiv masaj texnikalarını, masaj zamanı loqopedik vəsaitlərdən düzgün istifadə qaydalarını öyrətdi.
“Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” seminarı
“Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar baş tutdu.Seminarda Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Əliyeva, Bakı Dövlət Universitetinin Sosial Psixologiya üzrə doktorantı, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Bakı Dövlət Universitetinin Tibbi Psixologiya üzrə doktorantı, psixoterapevt Kiyan Javadi Tarziloo və Mərkəzi Gömrük Hospitalının […]
Klinik Psixologiya Kursu (Modul 4)
30.11.2019 tarixində Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan Klinik Psixologiya Kursunun dördüncü modulu baş tutdu. Qeyd edək ki, kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır.Nərmin xanıma uğurla tədris olunan kurs üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.
Məktəb Psixoloqlarının Peşəkar İnkişafı kursu (Modul 4)
02.11.2019 tarixində başlayan, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov tərəfindən tədris olunan Məktəb Psixoloqlarının Peşəkar İnkişafı kursu 29.11.2019 tarixində başa çatdı. Kursda iştirak edən hər bir məktəb psixoloquna Sertifikat təqdim edildi, xatirə fotosu çəkdirildi.Kurs proqramının uğurlu tədrisi üçün Elxan Bəylərova təşəkkürümüzü bildirir, məktəb psixoloqlarımıza kursda əldə etdikləri bilikləri peşəkar fəaliyyətlərində […]
“Şöhrət” ordeni
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi ( 1919 – 2019) ilə əlaqədar Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin […]
Loqopediya kursu (Modul 5)
Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın tədris etdiyi Loqopediya Kursunun nəzəri dərsləri sona çatdı, praktik dərsləri başladı. 25.11.2019 tarixində kursun V modulu baş tutdu. Qönçə xanım əyani vəsaitlərdən istifadə edərək səslərin düzgün qoyuluş qaydalarını iştirakçılara öyrədir.Uğurla tədris olunan Loqopediya kursu üçün Qönçə xanıma dərin təşəkkürümüzü bildiririk.
Uşaq Psixologiyası Kursu (Modul 4)
Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursumuzun dördüncü modulu 25.11.2019-cu il tarixində baş tutdu. İştirakçılar tərəfindən böyük marağa səbəb olan kursun tədrisi üçün Narınc xanıma dərin təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modullarda görüşmək ümidilə uğurlar arzu edirik.
“Azad Ruhun Psixologiyası” – İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi-psixoloji konfrans
23.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri, direktoru, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevə verildi.Bəxtiyar Əliyev konfrans iştirakçılarını salamlayıb konfransın işinə uğurlar diləməklə öz çıxışına başladı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı […]
III Könüllü Fəaliyyət Qrupu – “Psixosomatika və psixosomatik xəstəliklər” seminarı
lll Könüllü Fəaliyyət Qrupumuzun üzvləri üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursunun növbəti dərsi “Psixosomatika və psixosomatik xəstəliklər” mövzusuna həsr olundu, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Nuranə Salmanlının təqdimatında baş tutdu.Nuranə xanım könüllülərə mövzu üzrə zəngin informasiyalar verməklə yanaşı, onların suallarını da cavablandırdı.Nuranə xanıma könüllülərin yeni biliklər əldə etməsini təmin edən maraqlı dərs üçün təşəkkürümüzü […]