Elanlar

Psixologiya Elmi-Tədqiqat İnstitutu Əlavə təhsil (yenidənhazırlanma) almaq üçün tələbə qəbulu elan edir.

Psixologiya Elmi Tədqiqat İnstitutu 2024-2025-ci tədris ilində aşağıdakı ixtisas üzrə yenidənhazırlanma təhsili (ixtisasdəyişmə) almaq üçün tələbə qəbulu elan edir:

Psixologiya.

Yenidənhazırlanma təhsili yalnız ödənişli əsaslarla, əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Psixologiya Elmi Tədqiqat İnstitutu hüquqi şəxs arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Yenidənhazırlanma təhsili müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün  mövcud baza təhsil proqramlarındakı dinləyicilərin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili) nəzərə alınmaqla aparılır. Yenidənhazırlanma təhsili iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavriaturanın əsas ixtisas fənləri arasında xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
  • Cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmək haqqında arayış;
  • Əmək kitabçasının surəti (işləyənlər üçün);
  • 3×4 sm ölçüdə 4 ədəd fotoşəkil;
  • Sağlamlıq haqqında arayış;
  • CV (Anket);
  • Şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2024-cü il avqust ayının 2-dən sentyabr ayının 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək PsETİ-nin Əlavə təhsil və innovasiyalar şöbəsində qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün İnstituta sənəd vermiş şəxslərlə müsahibə təşkil edilir. Müsəni uğurla keçənlər müqavilə yolu ilə yenidənhazırlanma ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ödənilir.

Yenidənhazırlanma təhsili almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” ilə tənzimlənir.

* Məzunlara aldıqları ixtisas üzrə işləmək hüququ verən vahid formalı dövlət sənədi (Diplom) verilir. 

Qəbul ilə əlaqədar aşağıdakı ünvana və yaelektron poçta müraciət edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Ziya Bunyadov pr., 38.

Tel.: 012/480-36-29

Mobil: 055/257-27-00

Email: [email protected]

Online Qeydiyyat