Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə psixologiya sahəsində ixtisasartırma təhsili həyata keçirir. Bu təhsil proqramları, mütəxəssislərin peşəkar inkişafına dəstək olmaq və onların bilik və bacarıqlarını müasir tələblərə uyğun şəkildə təkmilləşdirmək məqsədi daşıyır. Təhsili uğurla başa vuran iştirakçılara dövlət nümunəli sertifikat və təhsil krediti verilir ki, bu da onların gələcək fəaliyyətlərində daha yüksək peşəkar standartlara çatmalarına imkan yaradır. İnstitutumuzun əsas vəzifəsi, Azərbaycanda psixoloqların özünü inkişaf prosesinə dəstək olmaq və onları müasir psixoloji biliklərlə təmin etməkdir.