Treninq və Konsaltinq

Xidmətlərimiz

Konsaltinq xidmətləri

Rəhbər və işçilərin diaqnostik dəyərləndirilməsinin aparılması üçün seçilən xüsusi  şkalalar və şəxsi məlumatları özündə əks etdirən anket vasitəsilə əldə olunan informasiya əsasında onların psixoloji vəziyyəti dəyərləndiriləcəkdir (Pre-test).

Psixoloji dəyərləndirmə əsasında işçilərin psixoloji profilləri yaradılacaq və onların rifah və psixoloji davamlılıq səviyyəsinin azalmasına və əksinə, depressiya, stress, təşvişə meylliliyinin artmasına səbəb olan faktorlar göz qabağında olacaqdır. Bu şirkətə gələcək fəaliyyətində nəzərə almalı olduğu məqamları aydın şəkildə göstərərək onun davamlı, məhsuldar inkişafını təmin edəcəkdir.

Risk qruplarının müəyyənləşdirilməsi və əldə olunan bu nəticələr əsasında psixoloji problemlərin profilaktikası və korreksiyasına istiqamətlənmiş treninq və görüşlərin təşkili olduqca böyük əhəmiyyət kəsb edir.

Treninqlərin təşkili prosesində pre&post-testlər həyata keçiriləcəkdir. İşçilərin ilkin psixoloji dəyərləndirilməsi aparıldıqdan sonra ortaya çıxan ehtiyaclara uyğun şəkildə treninqlər təşkil olunacaqdır. Treninqlər bitdikdən sonra post-test (yenidən dəyərləndirilmə) keçiriləcək və əldə olunan nəticələrlə müqayisə olunacaqdır.

Fəaliyyətdə olan şirkətlər üçün:

Şirkət işçilərinin psixoloji dəyərləndirilməsi

İşçilərin profillərinin çıxarılması

Problemlərin həllinə fokuslanmış treninqlər

Post-testlərin keçirilməsi və nəticələrin təhlili

Yeni yaranacaq şirkətlər üçün:

İlkin gözləntilərin müəyyən olunması

Strateji planın qurulması‎

Treninqlərin təşkili

Nəticələrin təhlili

Play Video

Online Qeydiyyat