Psixoloji Konsaltinq Xidmətləri

Təşkilati mühitin yaxşılaşdırılması

2023-cü il Gallup Dünya Sorğusuna görə, Azərbaycanda əhalinin 39%-i aktiv şəkildə yeni iş axtarışındadır. İşçilərin işdən ayrılmasının səbəbləri ilə bağlı aparılan araşdırmalara görə, işdən çıxmağa səbəb olan əsas amillər aşağıdakılardır.

“İş İnstitutu (Work Institute) ”nun 2020-ci il hesabatına görə, işçilərin 75%-i rəhbərlik və idarəetmənin səmərəsizliyinə görə işdən ayrılmaq qərarına gəlib. Böyük təşkilatlarda iş mühiti və əməkdaşlar arasındakı münasibətlər vacib faktorlardır. 2021-ci ildəki bir araşdırma göstərib ki, işçilərin 52%-i rəhbərlik tərəfindən onlara qarşı laqeyd yanaşmanı işdən ayrılma səbəbi kimi göstərib. Nəticədə, şirkətlər yalnız maaşla deyil, həm də işçilərin peşəkar inkişafına, iş yerində rifahlarına və idarəetmənin şəffaflığına diqqət yetirərək daha çox işçi məmnuniyyəti əldə edə bilərlər. Digər bir araşdırmalarda, 28% əməkdaşların işdə yorgunluq hissi keçirdiyi, yalnız 24% isə təşkilatlarının onların ümumi rifahına qayğı göstərdiyini düşünür. Bu, təşkilatların əməkdaşlarının rifahına daha çox diqqət yetirmələrinin vacibliyini göstərir. Əməkdaşların rifahını ölçmək, onların həyatlarının nə dərəcədə yaxşı olduğunu başa düşməyə və iş yerində daha sağlam bir mühit yaratmaq üçün lazımi tədbirləri görməyə kömək edir.

Təşkilatı mühiti yaxşılaşdırmaq üçün 3 əsas indikatora diqqət etmək lazımdır.

Təşkilati mədəniyyət

İşçilərin rifahı

İşçilərin fəallığı

Təşkilati mühitin yaxşılaşdırılması

Daha yaxşı namizədlər cəlb etmək

Ən istedadlı əməkdaşları şirkətdə saxlamağa nail olmaq

İştirakı və məhsuldarlığı artırmaq

İşçilərin rifahını və təhlükəsizliyini artırmaq

Müxtəliflik, bərabərlik və inklüzivliyi artırmaq

Mümkün olan ən yaxşı müştəri təcrübəsini təqdim etmək

Güclü bir təşkilati mədəniyyət müştərilərin məhsuldarlıq göstəricilərini artırır:

Üç illik bir müddət ərzində əməkdaşların şirkətə bağlılığında 50% artım.

Üç illik bir müddət ərzində işçi qüvvəsində 25% artım.

Beş illik bir müddət ərzində xalis mənfəətdə 85% artım.

Beş illik bir müddət ərzində müştəri sayında 138% artım.

İşçilərin rifahı

İş insanın psixi sağlamlığını qoruyan amillərdən biri hesab olunsa belə, potensial zərərə də səbəb ola bilir. Belə ki, təhlükəsiz və sağlam iş mühiti insanın psixi sağlamlığını dəstəkləyir, psixi sağlamlığın yüksək səviyyədə olması isə insanlara məhsuldar işləməyə imkan versə də, qeyri-sağlam iş mühiti psixi sağlamlığa xələl gətirir və psixi sağlamlığı pozulmuş şəxs dəstəksiz qaldığı halda iş qabiliyyətini itirə bilir. İş qabiliyyətini itirən və ya məhsulardıq səviyyəsi azalmış, öz işindən zövq almayan işçilər şirkətin davamlı iqtisadi inkişafına, məhsuldarığına töhfə verə bilməyəcəkdir.

Linkə Keçid >

İşcilərin Rifahı Nə Üçün Önəmlidir?

Qlobal miqyasda əmək qabiliyyəti olan şəxslərin 15%-i psixi pozuntularla yaşayır

Effektiv həll yolları və dəstək olmadan insanda özünəinam hissinin, işdən həzz alma və işləmə qabiliyyətinin azalması, işdən kənarda qalma və məşğulluqdan uzaqlaşma halları müşahidə olunur.

2019-da aparılan statistik nəticələrə görə,

301 milyon insan təşviş, 280 milyon insan isə depressiya ilə yaşayır.

2019-cu ildə 703.000 insan intihar nəticəsində həyatını itirmişdir

Depressiya və təşviş ilə əlaqədar olaraq hər il 12 milyard iş günü itirilir

Bu psixoloji hallar insanların məhsuldarlığına neqativ təsiri qlobal iqtisadiyyata 1 trilyon dollar ziyan verir.

Əməkdaşların aktiv iştirakı

İşçilərin aktiv iştirakı onların öz işlərinə və işlədikləri təşkilata qarşı göstərdikləri həvəs, öhdəlik və emosional sərmayə səviyyəsini ifadə edir. Aktiv iştirak göstərən əməkdaşlar motivasiyalı, məhsuldar və şirkətləri ilə güclü bir əlaqə hiss edirlər ki, bu da tez-tez daha yüksək performans, iş məmnuniyyəti və psixoloji dayanıqlılığı təmin edir.

Qlobal səviyyədə keçirilən tədqiqatda Azərbaycanda işçilərin aktiv iştirak səviyyəsi qiymətləndirilmiş və aşağıdakı nəticələr əldə olunmuşdur.

14.64% Aktiv iştirakçı,

65.45% Aktiv olmayan iştirakçı

19.91% Qətiyyən iştirak göstərməyənlər

Aktiv iştirakı ilə seçilənlər: Bu işçilər öz işlərinə yüksək səviyyədə öhdəlik, həvəs və emosional sərmayə göstərirlər. Onlar motivasiyalı, məhsuldar və təşkilatları ilə güclü bir əlaqə hiss edirlər.

Aktiv iştirak göstərməyənlər: Bu kateqoriyadakı işçilər müəyyən dərəcədə işlərindən məmnundurlar, lakin işlərinə emosional sərmayə qoymurlar. Tapşırıqları yerinə yetirə bilirlər, lakin motivasiya və şirkətin məqsədlərinə uyğunluqda çatızmazlıq hiss olunur.

Qətiyyən iştirak göstərməyənlər: Bu əməkdaşlar işləri ilə münasibətlərini bərpa edə bilmədikləri üçün işlərindən narazıdırlar. Onlar təşkilatın məqsədlərinə qarşı çıxmaq və mənfi atmosfer yaratmaqla məhsuldarlığı və əhval-ruhiyyəni aşağı sala bilərlər.

Online Qeydiyyat