Psixoloji Konsaltinq Xidmətləri

Təşkilati mühitin yaxşılaşdırılması

Müəssisənizin uğurunu psixoloji dəstəklə gücləndirin!

Psixologiya Elmi-Tədqiqat İnstitutu müəssisə və təşkilatların inkişafına yönəlmiş peşəkar konsaltinq xidmətləri təklif edir. Biz insan resurslarının effektiv idarə olunmasını, komanda işinin gücləndirilməsini və iş mühitinin psixoloji sağlamlığının qorunmasını hədəfləyirik.

Niyə Biz? 
Müasir iş mühitində yalnız maddi resurslar deyil, insan faktorunun da uğurda mühüm rolu var. Təşkilatların qarşılaşdığı problemlərin əksəriyyəti işçi münasibətləri, motivasiya, stres və liderlik kimi psixoloji faktorlarla bağlıdır. Psixologiya Elmi-Tədqiqat İnstitutu məhz bu sahədə elmi əsaslı, effektiv həllər təklif edərək müəssisənizin dayanıqlı inkişafına töhfə verir.

Biz sizin müəssisənizi insan faktoruna əsaslanaraq gücləndirməyə kömək edirik!
Uğurlu müəssisələr psixoloji sağlamlığa investisiya edənlərdir!

MƏRHƏLƏ 1

İşçilərin psixoloji dəyərləndirilməsi

Rəhbər və işçilərin diaqnostik dəyərləndirilməsinin aparılması üçün seçilən xüsusi şkalalar və şəxsi məlumatları özündə əks etdirən anket vasitəsilə əldə olunan informasiya əsasında onların psixoloji vəziyyəti dəyərləndiriləcəkdir (Pre-test).

Paketlər

İşçilərin qiymətləndirilməsi

Rəhbər və menecerlərin qiymətləndirilməsi

MƏRHƏLƏ 2

Pre-testlər apardıqdan sonra Psixoloji profilin yaradılması

Psixoloji dəyərləndirmə əsasında işçilərin psixoloji profilləri yaradılacaq və onların rifah və psixoloji davamlılıq səviyyəsinin azalmasına və əksinə, depressiya, stress, təşvişə meylliliyinin artmasına səbəb olan faktorlar göz qabağında olacaqdır. Bu şirkətə gələcək fəaliyyətində nəzərə almalı olduğu məqamları aydın şəkildə göstərərək onun davamlı, məhsuldar inkişafını təmin edəcəkdir.

İş insanın psixi sağlamlığını qoruyan amillərdən biri hesab olunsa belə, potensial zərərə də səbəb ola bilir. Belə ki, təhlükəsiz və sağlam iş mühiti insanın psixi sağlamlığını dəstəkləyir, psixi sağlamlığın yüksək səviyyədə olması isə insanlara məhsuldar işləməyə imkan versə də, qeyri-sağlam iş mühiti psixi sağlamlığa xələl gətirir və psixi sağlamlığı pozulmuş şəxs dəstəksiz qaldığı halda iş qabiliyyətini itirə bilir. İş qabiliyyətini itirən və ya məhsuldarlıq səviyyəsi azalmış, öz işindən zövq almayan işçilər şirkətin davamlı iqtisadi inkişafına, məhsuldarlığına töhfə verə bilməyəcəkdir.

 

MƏRHƏLƏ 3

Problemlərin həllinə fokuslanmış treyninqlər

Risk qruplarının müəyyənləşdirilməsi və əldə olunan bu nəticələr əsasında psixoloji problemlərin profilaktikası və korreksiyasına istiqamətlənmiş treyninq və görüşlərin təşkili olduqca böyük əhəmiyyət kəsb edir.

MƏRHƏLƏ 4

Post-testlərin keçirilməsi

Treyninqlərin təşkili prosesində pre&post-testlər həyata keçiriləcəkdir. İşçilərin ilkin psixoloji dəyərləndirilməsi aparıldıqdan sonra ortaya çıxan ehtiyaclara uyğun şəkildə treyninqlər təşkil olunacaqdır. Treyninqlər bitdikdən sonra post-test (yenidən dəyərləndirilmə) keçiriləcək və əldə olunan nəticələr əvvəlkilər ilə müqayisə olunacaqdır.

POST-TEST

Seçilən dəyərləndirmə testləri vasitəsilə işçilərin aldıqları xidmət sonrası (Təlim, psixoterapiya) psixoloji vəziyyətinin təkrarən yoxlanılması

MÜQAYİSƏLİ TƏHLİL

Xidmətdən öncə aparılan pre-test və xidmət sonrası aparılan post-testlərdən əldə olunan nəticələrin müqayisəsi ilə xidmətin keyfiyyəti müəyyən olunacaqdır.

Online Qeydiyyat