Məktəbəqədər Yaşlı Uşaqların Psixodiaqnostika və Psixokorreksiyası Üzrə İxtisasartırma Təhsili

Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Məktəbəqədər yaşlı uşaqların psixodiaqnostika və psixokorreksiyası” üzrə ixtisasartırma təhsili proqramını təqdim edir. Bu proqram, pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunları üçün nəzərdə tutulmuşdur.

Təhsilin strukturu

60 akademik saat

10 təhsil krediti

dövlət nümunəli sertifikat

Mövzunun aktuallığı

Məktəbəqədər yaşlı uşaqları psixoloji vəziyyətini müəyyənləşdirmək, onları tərbiyə etmək və onlarla psixoloji iş aparılması önəmli bir məsələdir. Ümumi olaraq, məktəbəqədər təhsil bütün təhsil sisteminin bünövrəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda deyildiyi kimi, məktəbəqədər təhsil məktəbəqədər yaşlı uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Buna görə də məktəbəqədər yaşlı uşaqların psixologiyasını bilmək, düzgün psixodiaqnostik işlər aparmaq və psixokorreksiya işlərini həyata keçirmək çox aktual bir məsələdir.

Proqramın məqsəd və vəzifələri:

Qarşıda duran əsas məqsəd pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunlarının məktəbəqədər yaşlı uşaqlar haqında ümumi məlumatlanması, onların psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji diaqnostik metodikalar və psixokkersiya üsullarının tam mənimsənilməsinə nail olmaqdır. Bundan çıxış edərək aşağıdakıları təlimin əsas vəzifəsi kimi göstərmək olar:

  • Pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunları məktəbəqədər yaşlı uşaqların normal psixi inkişafın göstəricilərini öyrənmələri.
  • Məktəbəqədər dövrdə rast gəlinən neyroinkişaf pozuntusunu müəyyənləşdirmək, psixokorreksiya üsullarını öyrətmək və pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunlarıtərəfindən əhalini bu problemlərlə bağlı düzgün maarifləndirə bilmələrinə şərait yaratmaq.
  • Məktəbəqədər yaşlı uşaqların psixoloji xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixolji işlərdən pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunları öyrətmək.
  • Təlim iştirakçılarını psixoloji yardım haqqında qanunla tanış etmək və bu qanunun müddəalarını ətraflı şəkildə izah etmək.
  • Pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunlarına roqramda əks olunmuş məktəbəqədər yaşılı uşaqlarda müşahidə olunan digər psixoloji narahatlıqlları izah etmək.
  • Diaqnostika kriteriyalarının müəyyənləşdirilməsi və bu zaman yaranan çətinlikləri aradan qaldırma bacarıqlarının formalaşdırılması.
  • Pedoqoqlar, psixoloqlar, təhsildə sosial – psixoloji xidmətin məzunlarına məktəbəqədər yaşlıuşaqların ailələrində və onların olduğu müəssisələrdə aparılacaq psixololoji xidmət yönümlü işlərin təşkli qaydalarını izah etmək.

Proqramın Mövzuları və İstiqamətləri

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.

Online Qeydiyyat