Uşaq Psixologiyası Üzrə İxtisasartırma Təlimi

Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Uşaq psixologiyası üzrə ixtisasartırma təlimi” proqramını təqdim edir. Bu proqram psixoloqlar, pedaqoqlar , təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları (defektoloqlar, loqopedlər) üçün nəzərdə tutulmuşdur.

Təhsilin strukturu

150 akademik saat

25 təhsil krediti

dövlət nümunəli sertifikat

Mövzunun aktuallığı

Psixoloji cəhətdən sağlam uşaq gələcəyin sağlam yetkin fərdidir. Bu səbəbdən uşaqları tanımaq, onlara fərdi yanaşmaq, psixoloji narahatlıqlarını müəyyənləşdirmək, onları tərbiyə etmək və onlarla psixoloji iş aparılması önəmli bir məsələdir. Uşaq psixologiyası da uşağın prenatal dövürdən yetkinlik yaşına qədər olan müddətdə zehnin inkişafı və davranışları öyrənir. Uşaq psixologiyası təkcə uşaqların necə böyüdükləri ilə deyil, həm də onların zehni, emosional və sosial inkişafı əhatə edir. Buna görə də uşaqların psixologiyasını bilmək, düzgün psixodiaqnostik işlər aparmaq və psixokorreksiya işlərini həyata keçirmək çox aktual bir məsələdir.

Proqramın məqsəd və vəzifələri:

Qarşıda duran əsas məqsəd Psixoloqlar, pedqoqlar, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşların (defektoloqlar, loqopedlər) uşaqlar haqqında ümumi məlumatlanması, onların psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji diaqnostik metodikalar və psixokkersiya üsullarının tam mənimsənilməsinə nail olmaqdır.

“Uşaq psixologiyası” ixtisasartırma proqramınınına daxildir:

  • Psixoloqlar, pedaqoqlar, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşların (defektoloqlar, loqopedlər) uşaq psixologiyasının predmeti, vəzifələri və tədqiqat metodlarını öyrənmək.
  • Uşaqların əsas psixoloji xüsusiyyətlərini müəyyənləşdirmək, psixokorreksiya üsullarını öyrətmək və psixoloq, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları, təhsil işçiləri tərəfindən əhalini bu problemlərlə bağlı düzgün maarifləndirə bilmələrinə şərait yaratmaq.
  • Uşaqların psixoloji xüsusiyyətləri, psixodiaqnostikası və onlarla aparılan psixolji işlərdən psixoloq, təhsildə sosial psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları, təhsil işçilərini öyrətmək.
  • Təlim iştirakçılarını psixoloji yardım haqqında qanunla tanış etmək və bu qanunun müddəalarını ətraflı şəkildə izah etmək.
  • Psixoloq, pedaqoq, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları, təhsil işçilərinə proqramda əks olunmuş digər psixoxoloji narahatlıqları izah etmək.
  • Diaqnostika kriteriyalarının müəyyənləşdirilməsi və bu zaman yaranan çətinlikləri aradan qaldırma bacarıqlarının formalaşdırılması.
  • Psixoloq, pedaqoq, təhsildə sosial – psixoloji xidmət, korreksiyaedici təlim əməkdaşları, təhsil işçilərinə uşaqların ailələrində və onların olduğu müəssisələrdə aparılacaq psixololoji xidmət yönümlü işlərin təşkli qaydalarını izah etmək.

Proqramın Mövzuları və İstiqamətləri

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.

Online Qeydiyyat