Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Psixologiyası, Psixodiaqnostikası və Psixokorreksiyası Üzrə İxtisasartırma Təhsili

Psixologiya Elmi Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Psixologiyası, Psixodiaqnostikası və Psixokorreksiyası Üzrə İxtisasartırma Təhsili”ni təqdim edir. Bu proqram, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən peşəkar psixoloqlar, psixiatrlar, təhsildə sosial-psixoloji xidmət əməkdaşları və digər sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Təhsilin əsas məqsədi iştirakçıların xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji xüsusiyyətlərini öyrənməsi, bu uşaqlarla aparılacaq psixodiaqnostika və psixokorreksiya metodlarını mənimsəməsidir.

Təhsilin strukturu

126 akademik saat

21 təhsil krediti

dövlət nümunəli sertifikat

Mövzunun aktuallığı

Əqli, fiziki və psixi inkişaf pozuntuları olan uşaqlarla işləmək, onların düzgün diaqnostikası və müvafiq korreksiya işlərinin aparılması müasir dövrdə olduqca aktualdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların düzgün inkişafı üçün onların ehtiyaclarını anlamaq, uyğun psixoloji yanaşmalar tətbiq etmək mütəxəssislərin üzərinə düşən vacib vəzifələrdən biridir. Bu sahədə peşəkar biliklərə malik olmaq mütəxəssislərin iş keyfiyyətini artırır və uşaqların sosial adaptasiyasına müsbət təsir göstərir.

Proqramın məqsəd və vəzifələri:

Proqramın əsas məqsədi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışan mütəxəssislərə (psixoloqlar, psixiatrlar, təhsildə sosial-psixoloji xidmət əməkdaşları, loqopedlər, defektoloqlar və s.) bu uşaqların psixologiyasını və onlarla işin əsas metodlarını öyrətməkdir. Təhsilin vəzifələri aşağıdakı istiqamətləri əhatə edir:

  • Xüsusi psixologiya üzrə biliklərin mənimsənilməsi: İştirakçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji xüsusiyyətlərini və bu uşaqlarla iş aparmaq üçün əsas tədqiqat metodlarını öyrənəcəklər.

  • Neyroinkişaf pozuntuları: Neyroinkişaf pozuntusu olan uşaqların psixoloji xüsusiyyətləri izah ediləcək və onların korreksiyası üzrə əsas metodlar tətbiq olunacaq.

  • Eşitmə və görmə pozuntuları: Eşitmə və görmə funksiyası pozulmuş uşaqların psixodiaqnostikası və onlarla aparılacaq psixoloji işlər haqqında biliklər iştirakçılara aşılanacaq.

  • Psixoloji yardım qanunu: İştirakçılar psixoloji yardım haqqında qanunla tanış ediləcək və bu qanunun müddəaları ətraflı şəkildə izah olunacaq.

  • Diaqnostik metodlar: Beynəlxalq standartlara uyğun diaqnostika metodları mütəxəssislərə öyrədiləcək və bu sahədə bacarıqlar inkişaf etdiriləcək.

  • Psixoloji xidmətin təşkili: Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrində və onların yerləşdiyi müəssisələrdə psixoloji xidmət işlərinin necə təşkil olunacağı öyrədiləcək.

Proqramın Mövzuları və İstiqamətləri

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24 cü maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən tənzimlənir.

Online Qeydiyyat