PSİXOLOGİYA ELMİ TƏDQİQAT İNSTİTUTUNUN ƏMƏKDAŞLIQ ETDİYİ ALBERT ELLİS İNSTİTUTU HAQQINDA QISA MƏLUMAT
Əsası Dr. Albert Ellis tərəfindən qoyulan psixoterapiya institutudur və hal-hazırda bütün dünyada psixoterapiya sahəsində fundamental rol oynayan institutlardan biridir. İnstitutun əsas məqsədlərindən biri Koqnitiv Davranış və Rasional Emosional Davranışçı Terapiya istiqamətində dünyanın bir çox ölkələrində təlimlər, seminarlar, tədqiqatlar, simpoziumlar və konfranslar təşkil etməkdir. Fəaliyyətini bəşər insanının psixi sağlamlığının qorunmasına həsr etmiş bu dünya şöhrətli institut 1959-cu ildə yaradılmışdır. Yarandığı gündən də dünyada klinik tədqiqatların aktiv təşkilatçısı və iştirakçısıdır. Məqsəd bu elmi araşdırmalar nəticəsində əldə edilən bilikləri qısa müddətdə, asan başa düşülən şəkildə cəmiyyətə təqdim etmək və insanlarda uzunmüddətli dəyişikliyə nail olmaqda kömək etməkdir. Albert Ellis İnstitutu hal-hazırda Dr. Ellisin ən köhnə tələbələrindən biri olmuş Dr. Kristene Doyle-nin rəhbərliyi altında fəaliyyət göstərir. Dr. Kristen Doyle Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq təşkil etdiyimiz Koqnitiv Davranış & Rasional Emosional Terapiya kursunun əsas müəllimlərindən biridir. Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq sevinirik ki, Azərbaycanda belə bir nüfuzlu Albert Ellis İnstitutunu təmsil edirik.