CBT Klub üzvləri ilə keys analizi


CBT klubunun növbəti görüşündən görüntüləri sizə təqdim edirik.
25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, CBT klubunun rəhbəri, klinik-tibbi psixoloq Fuad Əsədov klub üzvləri ilə görüş keçirmişdir. Görüşdə öncəliklə gələcək üçün nəzərdə tutulmuş planlar müzakirə edilmişdir. Daha sonra klub üzvlərindən Lamiyə xanımın doğum günü səmimi bir təbriklə qarşılanmış, daha sonra klub fəaliyyətinə davam etmişdirlər.
Fuad Əsədov klub üzvlərinə tədris məqsədi ilə qeydə alınmış seansdan səs yazısını paylaşmış, burada ABC modelinin qurulması, empatiyanın qurulması, çürütmənin növlərinin praktiki tətbiqi, şəxsin mövcud (anonimlik qorunulmuşdur) probleminin üzərində necə işlənilməli olduğu barədə müzakirələr aparılmışdır. Fuad Əsədov klub üzvlərinin suallarını cavablamış, gələcək layihələr üçün iş bölgüsü etmişdir.
Klub üzvlərinə uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat