Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaqlar üçün rasional emosional davranışçı oyun terapiyası” kursunun məzunlarına sertifikatlar təqdim olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uşaqlar üçün rasional emosional davranışçı oyun terapiyası” kursunun məzunlarına sertifikatlar təqdim olunub. Kursu uğurla başa vura iştirakçıları təbrik edirik!
CBT Klub üzvlərinin növbəti görüşündən görüntülər
29.06.2023 -cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin üzvlərinə, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin, klinik-tibbi psixoloq Fuad Əsədov “Obsessiv-kompulsiv pozuntunun terapiyasında istifadə olunan texnikalar” mövzusunda workshop təşkil edib. Fuad Əsədov iştirakçılara OKP haqqında ilkin məlumatlar, psixoterapiya zamanı diqqət edilməli olan məqamlar, “Məruz qalma” texnkikası və s. ilə bağlı məlumat verib.Daha sonra […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT klubunun üzvləri üçün “Obsessiv-kompulsiv pozuntu” vörkşopu həyata keçirilib.
Vörkşop institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov tərəfindən aparılıb.
“Psixoterapiya və humanizm” təlimi
26.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən CBT klubunun təlimi həyata keçirilib.Təlimdə institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov “Psixoterapiya və humanizm” mövzusundan bəhs edib.Fuad Əsədov iştirakçılara psixoterapiya zamanı diqqət edilməli olan məqamlar, peşəkar bir psixoloqun seans zamanı davranışları və empatiya qurması, psixoloqların şəxsi keyfiyyətləri və yaradıcılığın seanslara təsiri ilə bağlı məlumat verib.Daha […]
Orxan Fərəcli ilə keys analizi
21.01.2023cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbində psixiatr Orxan Fərəclinin supervayzerliyi ilə keys analizləri aparılıb. Görüşdə obsessiv-kompulsiv pozuntu, şizo-obsessiv pozuntu, münhauzen sindromu, şizofreniya və psixozdan əziyyət çəkən şəxslərin diaqnostikası ilə bağlı məsələlərdən danışılıb.Eyni zamanda, iştirakçılarla birlikdə bənzər keyslərdə diaqnozun təyin edilməsi ilə bağlı məsələlər müzakirəyə qoyulub.Doktor Orxan Fərəcliyə zəngin bilik və […]
CBT Klubunda kitab tərcüməsi
Bugün Psixologiya Elmi-Tədqiqat İnstitutunun CBT klubunun üzvləri “Rasional Emosional Davranış Terapiyası üzrə mütəxəssis üçün təlimat” (A Practitioner’s Guide to Rational Emotive Behavior Therapy) kitabının tərcümə edilməsi işinə başlayıblar.
“Şəkər Portağalı” kitab müzakirəsi
Bugün Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT Klubun növbəti görüşü keçirildi. Görüşün əsas məqsədi “Şəkər Portağalı” kitabının müzakirəsi idi. Görüş zamanı iştirakçılar kitab barəsində maraqlı fikirlər səsləndirdilər. Əvvəlcə kitabın qısa xülasəsi danışıldı, sonda isə kitabdan bir hissə səsləndirildi. Görüşün sonunda iştirakçılarla birlikdə xatirə fotosu çəkildi. Görüş və maraqlı müzakirə üçün CBT klubun rəhbəri, […]
CBT Klub üzvləri ilə keys analizi
CBT klubunun növbəti görüşündən görüntüləri sizə təqdim edirik.25 noyabr tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, CBT klubunun rəhbəri, klinik-tibbi psixoloq Fuad Əsədov klub üzvləri ilə görüş keçirmişdir. Görüşdə öncəliklə gələcək üçün nəzərdə tutulmuş planlar müzakirə edilmişdir. Daha sonra klub üzvlərindən Lamiyə xanımın doğum günü səmimi bir təbriklə qarşılanmış, daha sonra klub fəaliyyətinə davam etmişdirlər.Fuad Əsədov klub […]
CBT Klub üzvlərinin növbəti görüşü baş tutdu
Bugün Psixologiya Elmi-Tədqiqat İnstitutunda CBT Klubunun üzvləri ilə görüş keçirilmişdir. Görüşdə klubun rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov klub üzvləri ilə maraqlı faktlar bölüşmüş, müxtəlif fikir mübadilələri aparmışdır. CBT klub üzvlərinin fikirləri dinlənilmiş, gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında danışılmışdır. Qeyd etmək istəyirik ki, CBT klubda yaxın gələcək üçün maraqlı təlimlər, seminarlar və […]
CBT klubu yeni üzvlər qəbul etməkdə davam edir
Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT klubuna yeni üzvlər qəbul edilməkdə davam edir.CBT klubu Koqnitiv Davranış Terapiyası ( Cognitive Behavioural Therapy) ilə bağlı kurslar, seminarlar, simpoziumlar, konfranslar, yerli və xarici psixoloqlarla görüşlər, tədqiqatlar və başqa layihələr həyata keçirməkdədir.CBT klubuna psixologiya ixtisasını bitirmiş və ya hal-hazırda psixologiya ilə bağlı təhsil alan istənilən şəxs qoşula […]
Dos.Dr.Murat Artıranın CBT Klub üzvləri ilə görüşü
30.10.2022 tarixində Dos.Dr.Murat Artıranın Psixologiya Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlayan CBT Klubla görüşü baş tutmuşdur. Görüşdə Koqnitiv Davranış Terapiyası ilə bağlı gələcək layihə və tədqiqatlar haqqında müzakirələr aparılmışdır. Görüş üçün Dos.Dr.Murat Artıran və CBT klubun rəhbəri, Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun koordinatoru, Psixologiya Elmi-tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədova təşəkkürlərimizi bildiririk. Klub üzvlərinə […]