QEEG
Quantitative (Rəqəmsal) EEG aparatı beyin dalğalarının fəaliyyəti qeydini təhlil edərək müxtəlif tezliklərdə dalğaların beyində paylanmasını göstərən və beləliklə də, beyinin işləməsi haqqında məlumat verən aparatdır. Beyinin fəaliyyətində hər hansı dəyişiklik olduqda beyin dalğalarının elektrik fəaliyyəti pozula bilir. Bu aparatla müayinə edildikdən sonra hansı terapiyaya ehtiyac olduğunu və hansı protokolla terapiyanın aparılmalı olduğunu müəyyənləşdirmək mümkündür. QEEG […]
Neurofeedback və Neurofeedback robotu
Şüa vermədən beyin dalğalarının tənzimlənməsinə kömək edən zərərsiz terapiya metodudur. Birbaşa beyin dalğaları ilə işlədiyi üçün istənilən nəticəni tez bir zamanda qalıcı olaraq əldə etməyə imkan verir. Eyni zamanda, bu aparat vasitəsilə həyata keçirilən terapiyaların nəticələri tədqiqatların aparılması üçün də istifadə olunur. Neurofeedback aparatı aşağıdakı problemlərin aradan qaldırılmasında istifadə olunur: “Biofeedback” aparatı beyin-bədən terapiyasında istifadə […]
Beta Alfa aparatı
Ən son texnologiya. Dərmanlardan uzaq, rahat və ağrısız həyat. Bu aparat fizioterapiyada akapunktura (iynəbatırma) üsulu sayəsində ağrı nöqtələrinə təsir edir və stresi azaldır. Bu aparat vasitəsilə həyata keçirilən terapiyaların nəticələri tədqiqatlar üçün istifadə olunur. Beta Alfa aparatı aşağıdakı problemlərdə tətbiq olunur:
liTMS
Zəifləmiş və ya sürətlənmiş beyin dalğalarının nizamlanmasına kömək edir. liTMS aparatı vasitəsilə həyata keçirilən terapiyaların nəticələri tədqiqatların aparılması üçün istifadə olunur. Bu aparat aşağıdakı problemlərdə tətbiq edilir:
Virtual Reallıq (VR)
Həyəcan-Qorxu Aparatı Fərdin fiziki olaraq virtual mühitdə olduğunu hiss etməsinə şərait yaradan aparatdır. Virtual Reallıq üçölçülü kompüter qrafikası əsaslı yeni texnoloji cihazdır. Eyni zamanda bu aparat vasitəsilə həyata keçirilən terapiyanın nəticələri tədqiqatların aparılması üçün istifadə edilir.
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Yeniyetmələrdə psixoloji sağlamlıq ilə məktəbdən məmnunluğun qarşılıqlı əlaqəsində imtahan həyəcanının vasitəçi rolu” mövzusunda aparılan elmi araşdırmanın yekun işləri müzakirə olunub. Daha sonra növbəti tədqiqat barədə müzakirə aparılıb və bu istiqamətdə gələcək planlar barədə qərar qəbul […]