Şüa vermədən beyin dalğalarının tənzimlənməsinə kömək edən zərərsiz terapiya metodudur. Birbaşa beyin dalğaları ilə işlədiyi üçün istənilən nəticəni tez bir zamanda qalıcı olaraq əldə etməyə imkan verir. Eyni zamanda, bu aparat vasitəsilə həyata keçirilən terapiyaların nəticələri tədqiqatların aparılması üçün də istifadə olunur.
Neurofeedback aparatı aşağıdakı problemlərin aradan qaldırılmasında istifadə olunur:
- Diqqət əskikliyi və hiperaktivlik pozuntusu;
- Qidalanma pozuntuları;
- Demotivasiya;
- Həyəcanın aradan qaldırılması;
- Öyrənmə pozuntuları;
- Yuxu problemləri;
- Miqren və baş ağrıları;
- Obsessiv-kompulsiv pozuntu;
- Depressiya;
- Posttravmatik stres pozuntusu;
- Davranış pozuntuları;
- Maddə, alkoqol və texnoloji vasitələrdən asılılıq;
- Siqaret asılılığı;
- Panik pozuntu;
- Təşviş pozuntusu;
- Sosial fobiya;
- İntihara meyil;
- Epilepsiya, qıcolma;
- Konversion pozuntu;
- İpoxondriya;
- Xroniki yorğunluq sindromu.
“Biofeedback” aparatı beyin-bədən terapiyasında istifadə olunur. Bu aparat sensorlar vasitəsilə bədən funksiyalarını ölçür və nəticəni ekrana ötürür.