Quantitative (Rəqəmsal) EEG aparatı beyin dalğalarının fəaliyyəti qeydini təhlil edərək müxtəlif tezliklərdə dalğaların beyində paylanmasını göstərən və beləliklə də, beyinin işləməsi haqqında məlumat verən aparatdır. Beyinin fəaliyyətində hər hansı dəyişiklik olduqda beyin dalğalarının elektrik fəaliyyəti pozula bilir. Bu aparatla müayinə edildikdən sonra hansı terapiyaya ehtiyac olduğunu və hansı protokolla terapiyanın aparılmalı olduğunu müəyyənləşdirmək mümkündür. QEEG aparatı vasitəsilə həyata keçirilən müayinələrin nəticələri tədqiqatların aparılması üçün də istifadə olunur.
QEEG aparatı vasitəsilə müayinə edilən problemlər aşağıdakılardır:
- Depressiya;
- Panik pozuntu;
- Əsəbilik;
- Yuxu pozuntusu;
- Diqqət əskikliyi və hiperaktivlik pozuntusu;
- Autizm;
- Öyrənmə çətinliyi;
- İnkişaf ləngiməsi;
- Yaddaş zəifliyi;
- Demensiya;
- Alkoqolizm.