Gaslighting yəqinki bir çoxumuzun tez-tez rastlaşdığı ama nə olduğunu bilmədiyimiz bir gücdür. Gaslighting- qarşısındakı insanı şüphəyə salaraq istənilən reallıqdan uzaqlaşdırılmasına deyilir.
Bu termin ilk dəfə 1944-cü ildə yayımlanmış eyni adlı filmdə istifadə olunmuşdu. Filmin adı “Gaslighting”-yəni, “qaz balonu” mənasına gəlirdi. Həmin filmdə kişi personajı öz həyat yoldaşını gaslightinglə dəli olduğuna belə inandırmışdı.
Galighting xırda şeylərlə başlaya bilər. Qərarlarınız, gerçəkliyinə inandığınız hər hansı birşey qarşı tərəfin ən güclü silahı ola bilər. Bu tip psixoloji şiddət əsasən ya şəxsi əlaqələrdə (dost, sevgili, həyat yoldaşı), ya da iş əlaqələrinizdə ( iş yoldaşınız, müdürünüz) gerçəkləşə bilər. Bəzi narsist tip insanlar, liderlər və diktatorlar bunu fərqində olmadan belə həyata keçirirlər. Bu baxından deyə bilərik ki, gaslighting hər zaman bilərək və insanlara zərər vermək üçün istifadə olunmur. Cəmiyyətdə belə insanlarla rastlaşanda onların bizi idarə etmək istədiyini və ya onların pis niyyətli olduğunu düşünə bilərik.
Gaslighting’i necə fərqləndirməliyik?
Əvvəlcə gaslighting və yalanı bir birindən fərqləndirək:
Günlük həyatda hər birimiz yalanlarla üzləşirik. Danışanın qurduğu yalan ssenari əgər özü ilə bağlıdırsa, bu normal yalan hesab olunur. Əgər, danışdığı qarşı tərəfin reallığına hücum xarakterlidirsə o zaman bu gaslighting hesab edilir.
İndi isə keçək gaslighting’in işarələrinə:
- Bu tip manipulativ insanların ən çox işlətdiyi kəlimlərə aiddir:
“Yaxşı görək, mən belə bir şey demədim.”
“Hər şeyi səhv başa düşürsən, bu qədər də şişirtmə.”
“Bunu niyə problem etdiyini anlamıram…”
Bunlardan istifadə edərək sizi özünüzdən şüpələndirməyə çalışırlar. - Sübut olsa belə həqiqətinizi inkar edirlər:
Nəsə edəcəkləri barədə danışırlar daha sonra isə bunu inkar edirlər. Beləliklə siz öz gerçəkliyinizdən şüphə duyursunuz. “görəsən bu baş verdi mi, yoxsa mən uydururam,” düşüncəsini qəbul edirsiniz. - Sizə dəyərli olan hər hansısa şeyləri silah olaraq istifadə edirlər:
Uşaqlarınız sizin üçün dəyərlidirsə, onu nə qədər çox sevdiyinizi, sizin üçün nə qədər önəmli olduğunu yaxşı bilirlər buna görədə hücum obyekti ilk növbədə onlar olur. Uşaqlarınıza laiq olmadığınızı və yaxudda mənfi keyfiyyətlərinizin siyahısını göz önünə gətirirlər. Buda sizin varlığınıza, yaxşı biri olub olmadığınıza qarşı şüphə yaradır. - Zamanla sizə ziyan vururlar:
Yalanların miqdarı və inandırıcılığı getdikcə artır və sizin bundan xəbəriniz olmur. İrəlilədikcə siz daha çox şeydən şüphə duymaya başlayırsınız. - Sizi yanıltmaq üçün pozitiv təsir bağışlayırlar:
Sizə mənfi təsir göstərənlər, qınayan insanlar qınadıqları şeyləri tərifləməyə başlayırlar. Və buda sizin düşüncənizin dəyişməsinə səbəb olur. Həmin insan haqqında pozitiv şeylər düşünməyə başlayırsınız. Xeyr! Bu sizi yanıltmasın bu bir psixoloji manipulasiya yöntəmidir. - Sizin və ətrafınızdakıların dəli olduğunu iddia edirlər:
Bu Gaslighting ustalarının qızıl texnikasıdır. Nəticədə bu sizin ağıl sağlamlığınızı sorğulamağınıza gətirib çıxarar. əgər siz bunun əksini iddia etsəniz belə bu uğursuz alınacaq çünki, onlar bu işi çox ustalıqla görürlər. - Sizə hərkəsin yalançı olduğuna inandırırlar:
Sizi hərkəsin yalan dediyinə, və kimsəyə inanamamalı olduğunuza inandırırlar. Beləliklə özləri inanılmalı şəxs roluna girirlər.
Bu cür hallarla davamlı baş verdikdə ciddi özgüvən problemləri, anksiyete pozuntusu, depressiya, ciddi günahkarlıq duyğusu, özündən və hərşeydən şüphələnmək, asılılıq kimi psixoloji problemlər üzə çıxır. Bu halda mütləq mütəxəssislə görüşmək və psixoloji dəstək almaq məsləhət görülür.
Gülgün Abbasova