21.01.2023cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbində psixiatr Orxan Fərəclinin supervayzerliyi ilə keys analizləri aparılıb. Görüşdə obsessiv-kompulsiv pozuntu, şizo-obsessiv pozuntu, münhauzen sindromu, şizofreniya və psixozdan əziyyət çəkən şəxslərin diaqnostikası ilə bağlı məsələlərdən danışılıb.
Eyni zamanda, iştirakçılarla birlikdə bənzər keyslərdə diaqnozun təyin edilməsi ilə bağlı məsələlər müzakirəyə qoyulub.
Doktor Orxan Fərəcliyə zəngin bilik və təcrübələrini iştirakçılarımızla bölüşdüyü üçün təşəkkür edirik.