26.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən CBT klubunun təlimi həyata keçirilib.
Təlimdə institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov “Psixoterapiya və humanizm” mövzusundan bəhs edib.
Fuad Əsədov iştirakçılara psixoterapiya zamanı diqqət edilməli olan məqamlar, peşəkar bir psixoloqun seans zamanı davranışları və empatiya qurması, psixoloqların şəxsi keyfiyyətləri və yaradıcılığın seanslara təsiri ilə bağlı məlumat verib.
Daha sonra iştirakçıların suallarını cavablandırıb.
Öz zəngin bilik və təcrübələrini iştirakçılarla bölüşdüyü üçün Fuad Əsədova təşəkkür edirik.