Psixologiya Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT klubuna yeni üzvlər qəbul edilməkdə davam edir.
CBT klubu Koqnitiv Davranış Terapiyası ( Cognitive Behavioural Therapy) ilə bağlı kurslar, seminarlar, simpoziumlar, konfranslar, yerli və xarici psixoloqlarla görüşlər, tədqiqatlar və başqa layihələr həyata keçirməkdədir.
CBT klubuna psixologiya ixtisasını bitirmiş və ya hal-hazırda psixologiya ilə bağlı təhsil alan istənilən şəxs qoşula bilər.
Qeyd edək ki, CBT klubunun məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri də cəmiyyətin psixoloji maarifləndirilməsi və bunun sayəsində ümumi həyat rifahının inkişaf etdirilməsidir.