CBT Klub üzvlərinin növbəti görüşündən görüntülər
29.06.2023 -cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin üzvlərinə, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin, klinik-tibbi psixoloq Fuad Əsədov “Obsessiv-kompulsiv pozuntunun terapiyasında istifadə olunan texnikalar” mövzusunda workshop təşkil edib. Fuad Əsədov iştirakçılara OKP haqqında ilkin məlumatlar, psixoterapiya zamanı diqqət edilməli olan məqamlar, “Məruz qalma” texnkikası və s. ilə bağlı məlumat verib.Daha sonra […]
“Oyun terapiyası” kursunun növbəti dərsi keçirildi.
22 və 23 Aprel tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Oyun Terapiyası” kursunun növbəti dərsi həyata keçirilib. Kursda Rasional Psixologiya İnstitutunun direktoru, Dos.Dr. Murat Artıran “Uşaq mərkəzli oyun terapiyasının praktiki tətbiqi” və “CBT Oyun Terapiyasının tətbiqini” tədris edib. “Uşaq mərkəzli oyun terapiyası” və “CBT oyun terapiyası”nın əsas mərhələlərinin izahı verilib, texnikalarını praktik şəkildə kurs iştirakçıları ilə həyata […]
“Psixoterapiya və humanizm” təlimi
26.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən CBT klubunun təlimi həyata keçirilib.Təlimdə institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov “Psixoterapiya və humanizm” mövzusundan bəhs edib.Fuad Əsədov iştirakçılara psixoterapiya zamanı diqqət edilməli olan məqamlar, peşəkar bir psixoloqun seans zamanı davranışları və empatiya qurması, psixoloqların şəxsi keyfiyyətləri və yaradıcılığın seanslara təsiri ilə bağlı məlumat verib.Daha […]
Elmi-tədqiqat qrupunun iclası təşkil olundu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin elmi-tədqiqat qrupunun növbəti iclası keçirilib.İclasda adaptasiya ediləcək testlər müəyyənləşdirilib, tədqiqatın istiqamətləri təyin edilib, datalar haqqında müzakirə aparılıb.
Elmi-tədqiqat qrupunun növbəti iclası baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin elmi-tədqiqat qrupunun iclası keçirilib. Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran tədqiqat qrupuna test metodlarının adaptasiya edilməsi barədə işlər müəyyənləşdirilib, aparılan eksperimental tədqiqatın ilkin dataları analiz edilmişdir.
“Oyun Terapiyası” kursunun növbəti dərsi keçirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Rasional Psixologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Oyun Terapiyası” kursunun növbəti dərsi həyata keçirilib.Dərsdə Rasional Psixologiya İnstitutunun direktoru Dos.Dr.Murat Artıran iştirakçılara “Yüksək səviyyə Uşaq Mərkəzli Oyun Terapiyası”, “Prinsipləri və mərhələləri”, ” Seansların dəyərləndirilməsi” mövzularında məlumat verib.
Rasional & Emosional Koqnitiv Davranış Terapiyası superviziyası və imtahanı təşkil olundu.
Ötən gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Rasional Psixologiya İnstitutu və Albert Ellis İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Rasional Emosional & Koqnitiv Davranış Terapiyası kursunun ikinci qrupunun son superviziyası və eyni zamanda imtahanı keçirilib. 4 gün ərzində Rasional Psixologiya İnstitutunun direktoru, Dos. Dr. Murat Artıran ABC modeli, modelin psixoloqa müraciət edən şəxsə öyrədilməsi, tətbiqi, çürütmə texnikalarını […]
CBT tədqiqat qrupunun görüşü baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin CBT tədqiqat qrupunun iclası keçirilib. İclasda institutun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və araşdırma qrupunun üzvləri toplanılan datalar haqqında müzakirə aparıblar. Daha sonra məqalənin yazılması üçün qruplar bölünüb, yazılma qaydaları danışılıb. Sonda ümumi olaraq dataların yığılması üçün istiqamətlər təyin edilib.
CBT məktəbinin təşkilat üzvlərinin görüşü keçirildi
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbinin görüşü keçirilib.Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik-tibbi psixoloq Fuad Əsədov və məktəbin təşkilat üzvləri irəlidə görülməsi nəzərdə tutulmuş layihələr barədə müzakirə aparıblar. Yaxın günlərdə CBT klub üzvləri üçün həyata keçirilməsi nəzərdə tutulmuş işlər haqqında danışıblar.
Sosial asılılıq
Bəzi insanlar asılılığa öyrənirlər. Bu, daha çox uşaqkən valideynlərin onların işlərini yerinə yetirməsi və onlara tək başına nələrisə həll etməyə icazə verməməsinə görə olur. Bu uşaqlar böyüyəndə də, təkbaşına nələrisə etməyə çəkinir və daima onların etdiyini təsdiqləyəcək, yaxud da onların yerinə işləri həll edəcək adamlar axtarırlar. Bu cür insanlar daha çox hər şeyə qarışan və […]
Orxan Fərəcli ilə keys analizi
21.01.2023cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən CBT məktəbində psixiatr Orxan Fərəclinin supervayzerliyi ilə keys analizləri aparılıb. Görüşdə obsessiv-kompulsiv pozuntu, şizo-obsessiv pozuntu, münhauzen sindromu, şizofreniya və psixozdan əziyyət çəkən şəxslərin diaqnostikası ilə bağlı məsələlərdən danışılıb.Eyni zamanda, iştirakçılarla birlikdə bənzər keyslərdə diaqnozun təyin edilməsi ilə bağlı məsələlər müzakirəyə qoyulub.Doktor Orxan Fərəcliyə zəngin bilik və […]
CBT Klubunda kitab tərcüməsi
Bugün Psixologiya Elmi-Tədqiqat İnstitutunun CBT klubunun üzvləri “Rasional Emosional Davranış Terapiyası üzrə mütəxəssis üçün təlimat” (A Practitioner’s Guide to Rational Emotive Behavior Therapy) kitabının tərcümə edilməsi işinə başlayıblar.