“Oyun terapiyası” kursunun növbəti dərsi keçirildi.

22 və 23 Aprel tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Oyun Terapiyası” kursunun növbəti dərsi həyata keçirilib. Kursda Rasional Psixologiya İnstitutunun direktoru, Dos.Dr. Murat Artıran “Uşaq mərkəzli oyun terapiyasının praktiki tətbiqi” və “CBT Oyun Terapiyasının tətbiqini” tədris edib. “Uşaq mərkəzli oyun terapiyası” və “CBT oyun terapiyası”nın əsas mərhələlərinin izahı verilib, texnikalarını praktik şəkildə kurs iştirakçıları ilə həyata keçirilib. Bundan əlavə iştirakçılar qeyd olunan terapiya növlərinə dair doğru və yanlışları video-rolik şəklində izləyib müzakirə etdilər.

Zəngin bilik və təcrübələrini bölüşdüyü üçün Dos.Dr.Murat Artırana təşəkkür edirik.

Online Qeydiyyat