2 Fevral- Beynəlxalq Gənclər günüdür

Gənclik – Tükənməz gücdür!Gənclik- Bitməz ümiddir!Gənclik – Gözəl gələcəkdir!Əziz Azərbaycan gənclərini və özünü gənc hiss edən hər kəsi Gənclər Günü münasibətilə təbrik edirik. Bir mütəfəkkirin dediyi kimi ” İnsan qoca olmağa qərar verdiyi gün qocalar”Biz Sizə ruhunuzun, düşüncənizin daim gənc qalmasını arzu edirik. Həyatınız uğurla, təhsillə, elmlə, sevgi və sevinclə bəzənsin! Gününüz mübarək!Ən gözəl arzularla… […]

“Baku International HR Forum”

28.01.2022 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən “Baku International HR Forum” da iştirak etmişdir. Belə bir forum təşkil etdiyinə görə HR İnstitutuna təşəkkür edir, davamlı olmasını arzulayırıq.

“Cinsi istismara məruz qalmış insanların psixologiyası” təlimi

Görüntülər Zoom platforması üzərindən baş tutan “Cinsi istismara məruz qalmış insanların psixologiyası” təlimini əks etdirir. 29.01.2022 tarixlərində baş tutan təlim Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Nərmin Vəliyevanın təqdimatında həyata keçirilmişdir. İnteraktiv keçən təlim iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Nərmin xanıma öz dəyərli zamanından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları üçün […]

Klinik Psixologiya Kursunun 6-cı modulu baş tutdu

29.01.2022 tarixində institutumuzda Klinik Psixologiya Kursunun 6-cı modulu baş tutdu. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının proqramına əsaslanaraq hazırlanmışdır. Kursun ümumi proqramı əhatə edir1. Klinik psixologiyanın tarixi2. Faktorlar və yanaşmalar3. Klinik dəyərləndirmə, diaqnozun qoyulması və korreksiya4. Nevrotik pozuntular5. Affektiv pozuntular6. Psixotik pozuntular7. Somatoform pozuntular8. […]

“AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA” Kursu

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA kursu 450 saatlıq proqram həftədə 2 dəfə 6 saat olmaqla 6 ay müddətində davam edəcək. Proqrama daxildir: Ailə Təhsili;Ailə Təliminin Tədris Problemləri;Pozitiv Psixologiya;Psixopatologiya;Ailə Psixoterapiyası Nəzəriyyələri;Ailə Sağlamlığı;Uşaqda Davranış Pozuntuları;Valideyn Bacarıqları;Xüsusi qayğıya ehtiyacı olan uşağı olan ailələr;Psixoloji Konsultasiya Prinsipləri və Texnikaları;Koqnitiv-Bihevioral Ailə Psixoterapiyası;Həll Mərkəzli Ailə Psixoterapiyası;Ailə Psixoterapiyası Prosesi;Ailə Psixoterapiyasında Superviziya;Ailə Hüququ;Uşaq Hüquqları və Qanunu;Ailədə […]

Psixo-help:”İmtahan yaxınlaşır: Övladıma necə dəstək ola bilərəm?!”

Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi “Psixo-help” layihəsini davam etdirir. Layihənin məqsədi psixologiyanın müxtəlif sahələri üzrə ən aktual mövzuları gündəmə gətirərək cəmiyyətimizi maarifləndirmək, pozitiv atmosfer yaradaraq cəmiyyətimizin psixoloji sağlamlığını təmin etməkdir. Layihə çərçivəsində növbəti görüş 28.01.2022 tarixində saat 11:00-da baş tutacaq. Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun Uşaq bölməsinin əməkdaşı, […]

Müasir dövrdə ailələrdə qarşılıqlı münasibətlərə təsir edən amillər

Açar sözlər: ailə, cəmiyyət, ailədaxili münasibətlər, ər-arvad, münasibətAilə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir. Bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Ailə- daxili münasibətləri təhlil etmək üçün ilk növbədə bu münasibətlərin psixoloji mahiyyətini, ona təsir edən amilləri araşdırmaq lazımdı.Ailə cəmiyyətdə formalaşır və onun başlıca özəyini təşkil edir. Ailənin […]

beyin və düşüncə

Şəxsiyyətlərarası münasibətlərdə konflikt yaradan amillər

Açar sözlər: münaqişə tərəfdarı, münaqişə, əlaqəli münaqişə, eqoizm, münaqişə dinamikası, obyektiv ziddiyyətlər Münaqişə iki ziddiyyətli tərəfin maraqlarının toqquşduğu bir vəziyyətdir. Bir qayda olaraq, münaqişələr xoşagəlməz assosiasiyalara səbəb olur: təhdidlər, düşmənçilik, anlamama, öz haqlılığını sübut etmək cəhdləri, incikliklər və s. Bu neqativ fikirlər sosiol mədəni amillərlə gücləndirilir. Nəticədə belə fikir yaranır ki, münaqişə hər bir insan […]

“Peşəkar Psixoloq” Təcrübə Proqramı

Fotolar “Peşəkar Psixoloq” Təcrübə Proqramının onlayn dərslərini əks etdirir. • Qeyd edək ki, təcrübə proqramı Psixologiya Elmi-Tədqiqat İnstitutu Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunur. • Hər dərs mövzu üzrə zəruri biliklər iştirakçılara çatdırılır, praktik texnikalarının tətbiqi öyrədilir, dərs materialları və slaydlar iştirakçılara təqdim edilir. • Peşəkarlıqla tədris […]

Tolerantlığın psixoloji mahiyyəti və tədqiqi istiqamətləri

Açar sözlər: tolerantlıq, antik dövr,mədəni normalar, dözümlülük. Anlayış və fenomen kimi terminin ifadə olunması üçünistifadə olunan “tolerantlıq” sözü etimoloji cəhətdən latın tolerantlıq dözümlülüklə eynilik təşkil etmir. Baxmayaraq ki, bu anlayışlar bir-birinə xeyli yaxındır, bununla belə onları sinonim hesab etmək ol- maz. Tolerantlıq ideyalarının mənbələrinə qədim zamanların mütəfəkkirlə- rinin işlərində rast gəlmək mümkündür. Sidhartha Qautama, Sokrat […]

“Qorxu və fobiyaların korreksiyası” təlimi

Görüntülər Zoom platforması üzərindən baş tutan “Qorxu və fobiyaların korreksiyası” təliminin əks etdirir. 23.01.2022 tarixlərində baş tutan təlim Psixologita Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, ADPU-nun müəllimi, doktorant, psixoloq Ülviyyə Nəhmətovanın təqdimatında həyata keçirilmişdir. İnteraktiv keçən təlim iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Ülviyyə xanıma öz dəyərli zamanından ayırıb bilik və təcrübələrini iştirakçılarla paylaşdıqları […]

Online Qeydiyyat