Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev trend.az-a Prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb

Fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Bu seçkilər ilk dəfədir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra keçirilir. Bugünkü tarixi seçkiyə gedən yolu 30 ilə qət etdi Azərbaycan xalqı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə başladığı uğurlu siyasət nəticəsində. Ümummilli Lider Heydər Əliyevin siyasəti Azərbaycan xalqının xoşbəxt, firavan və təhlükəsiz həyatının […]

Yeni araşdırma:   Yeniyetmələr arasında sosial media asılılığı aqressiyaya səbəb olur

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşları, klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar Ülviyyə Nəhmətova, Ülkər Zalova Nuriyeva və Mətanət Əliyevanın həmmüəllifi olduqları “Aqressiya sosial media asılılığı ilə yeniyetmələrin rifahı arasındakı əlaqədə vasitəçilik edir” (Aggression Mediates Relationships between Social Media Addiction and Adolescents’ Wellbeing) adlı məqalə «Scopus»   və digər beynəlxalq nüfuzlu elmi bazalarda indekslənən “The Open Psychology” jurnalında dərc edilib. Tədqiqatın məqsədi sosial media asılılığı ilə psixi rifah arasında əlaqədə aqressiyanın vasitəçi rolunu araşdırmaqdır.  Araşdırmalar göstərir ki, […]

Sosial dəstək və həyatdan məmnunluq arasındakı əlaqədə psixoloji narahatlığın vasitəçi rolu araşdırılıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşı, psixoloq Ülviyyə Nəhmətova, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçiləri,psixologiya üzrə fəlsəfə doktoru Tünzalə Musayeva,psixologiya üzrə fəlsəfə doktoru Gültəkin İsmayılova, Xalidə Xəlilovanın həmmüəllifi olduqları “Azərbaycanlı böyüklər arasında sosial dəstək, psixoloji sıxıntı və həyatdan məmnunluq arasındakı əlaqənin araşdırılması” (Investigating The Links Between Social Support, Psychological Distress and Life […]

Sosial asılılıq

Bəzi insanlar asılılığa öyrənirlər. Bu, daha çox uşaqkən valideynlərin onların işlərini yerinə yetirməsi və onlara tək başına nələrisə həll etməyə icazə verməməsinə görə olur. Bu uşaqlar böyüyəndə də, təkbaşına nələrisə etməyə çəkinir və daima onların etdiyini təsdiqləyəcək, yaxud da onların yerinə işləri həll edəcək adamlar axtarırlar. Bu cür insanlar daha çox hər şeyə qarışan və […]

Bunun real olub-olmadığına əminsən?

Gaslighting yəqinki bir çoxumuzun tez-tez rastlaşdığı ama nə olduğunu bilmədiyimiz bir gücdür. Gaslighting- qarşısındakı insanı şüphəyə salaraq istənilən reallıqdan uzaqlaşdırılmasına deyilir.Bu termin ilk dəfə 1944-cü ildə yayımlanmış eyni adlı filmdə istifadə olunmuşdu. Filmin adı “Gaslighting”-yəni, “qaz balonu” mənasına gəlirdi. Həmin filmdə kişi personajı öz həyat yoldaşını gaslightinglə dəli olduğuna belə inandırmışdı.Galighting xırda şeylərlə başlaya bilər. […]

Obsessiv düşüncənin beş xüsusiyyəti

Psixologiyada Obsessiv Kompulsiv Pozuntu deyilən bir problem mövcuddur. Bu pozuntudan əziyyət çəkən insanlarda narahat edici və heç bir şəkildə qurtula bilmədikləri düşüncələr olur. Amma, beyninizdə olan hər narahat edici düşüncə obsessiya demək deyil. Bəzən, insanlar özlərinə obsessiv kompulsiv pozuntu diaqnozu qoyurlar, amma əslində obsessiyalı olmurlar. Ona görə də bu yazımızda obsessiyanın digər narahat edici düşüncələrdən […]

Koqnitiv Davranış Terapiyasına dair tənqidlər

Koqnitiv Davranış Terapiyası insanları narahat edən hislərin onların düşüncələrindən qaynaqlandığını iddia edir. Neqativ hislərə səbəb olan düşüncələr irrasionaldır və terapiyanın məqsədi də irrasional inancları və düşüncələri rasional düşüncələrlə əvəz etməkdir.Bu nöqtədə bəzi insanlar tərəfindən Koqnitiv Davranış Terapiyası yanlış anlaşıla bilər. Bu yanlış anlamaları isə bəzi tənqidi fikirlərə yol açmaqdır. Bu yazıda həmin tənqidi fikirləri analiz […]

Autizm nədir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayılmış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum […]

Sağlam və sağlam olmayan hislər

Koqnitiv Davranış Terapiyası insanları narahat edən hiss və davranışların insanların öz düşüncələri əsasında yarandığını iddia edir. Amma psixoloqa müraciət edən şəxslər ilk görüşdə adətən öz düşüncələri haqqında yox, hisləri haqqında danışırlar. Bir insanın terapiyaya müraciət etmə məqsədi də əsasən daha yaxşı hiss etməkdir. İnsanlar təbii olaraq özlərini yaxşı hiss etmək istəyirlər. Bu baxımdan, terapiyanın yaxşı […]

RDDT nədir? CBT nədir?

RDDT-Rasional Emosional Davranış Terapiyası ,CBT Koqnitiv (Koqnitiv Davranış Terapiyası)RDDT CBT terapiyasıdır. CBT RDDT-dən əldə edilmişdir. . RDDT (1955-Ellis) ilk CBT (1962-Beck) terapiya yanaşması idi. RDDT və CBT bir çox digər terapiya yanaşmalarından, fəlsəfi cərəyanlardan və nəzəriyyələrdən təsirlənən eklektik (inteqrasiya edilmiş) yanaşma hesab olunur. Məsələn: Davranış Terapiyası, Buddizm, Staik Məktəb, Ekzistensial Terapiya, Adlerian Terapiya, Semantik Nəzəriyyə. […]

KOQNİTİV DAVRANIŞ TERAPİYASI Üstünlükləri.

Koqnitiv Davranış Terapiyası nədir?Koqnitiv Davranış Terapiya düşüncələri, inancları və davranışları bir-birinə bağlamağa yönəlmiş psixoloji müalicə formasıdır.Məsələn, mənfi düşüncə kiminsə özünü məhv edən hisslər və davranışlara sahib olmasına səbəb olur.Bu, onların utancaq davranmalarına səbəb ola bilər və ya sosial vəziyyətlərdə özünə qapalı hiss edə bilər.Koqnitiv Davranış Terapiyası bu düşüncələrə meydan oxuyur və insana sağlam idarəetmə strategiyaları […]

Koqnitiv Davranış terapiyasının əsas prinsipləri

Koqnitiv Davranış Terapiyasının bir neçə prinsipi mövcuddur. Bu prinsiplər irrasional və rasional düşüncələrə fokuslanır. Hər hansı bir düşüncəyə irrasional deyə bilmək üçün onun üç kriteriyadan heç olmasa birinə cavab verməsi lazımdır.  – Məntiqi əsasının olmaması – Doğruluğuna dair sübutların olmaması  – Faydasız olması Koqnitiv Davranış Terapiyasının prinsipləri aşağıdakılardır: 1. İnsanları hisləri düşüncələr əsasında yaranır. Yəni, […]

Online Qeydiyyat