Psixoloji Diaqnostika və Korreksiya Cihazları
Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixoloji laboratoriya fəaliyyət göstərir. Laboratoriyada psixoloji cihazlar vasitəsilə müxtəlif növ psixoloji problemlərin həm diaqnostikası, həm də korreksiyası həyata keçirilir. Laboratoriyada olan cihazlarımız aşağıdakılardır: QEEG – Seans 25 dəq müddəti əhatə edir. Quantitativ elektroensefaloqramma nevroloji və neyropsixoloji müayinə metodudur. Əsasən beynin elektrik fəaliyyətinin qeydini təhlil edərək, müxtəlif tezlikdə dalğaların beyində paylanmasını göstərən ve beləliklə […]
Ailə psixoterapiyası
Hər bir ailə özəldir, özünəməxsusdur. Bəzi ailələrdə səhər yeməyini birlikdə yemək çox önəmlidir, bəzilərində isə doğum günlərini qeyd etməyin önəmi yoxdur. Sosial, mədəni, coğrafi, mənəvi və s. xüsusiyyətlər bu fərqliliklərə səbəb ola bilər. Bir-biri ilə davamlı qarşılıqlı əlaqədə olan yeganə sistem ailədir. Bu sistemdə problem olan cütlüklərin uşaqlara olan təsiri, eləcə də uşaqlarda problem olarsa […]
Fərdi konsultasiya
Fərdi seans daxili dissonanslara və neqativ emosional vəziyyətlərə gətirən, insan həyatında depressiyaya və ya bacarıqlarının itkisinə şərait yaradan və həyatı hiss etməyə ahəngdar şəkildə kömək edən səbəb-nəticə əlaqələrini anlamaq imkanı yaradır. Müraciət edən şəxsə həyatında müəyən dəyişikliklər yaratmağa, müsbət istiqamətə dəyişməyə stimul verir. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi olaraq aşağıdakı narahatlıqlar üzrə Fərdi psixoloji konsultasiya […]
Şans oyunlarına alüdəçilik
Şans oyunları haqqında hər birimiz məlumatlıyıq. Şans oyunları əyləncə xarakteri daşıyır və istənilən şəxs vaxtaşırı zamanını daha rəngarəng keçirmək üçün bu oyunlara qatıla bilər. Kim əylənərək dopamin effektli həyəcanı yaşamaq istəməz ki? Əylənərək vaxtını xoş şəkildə keçirmək hər bir kəsin təbbi haqqıdır. Bəs bu nə zaman patoloji xarakter alır? Şans oyunlarına alüdəçiliyin patoloji hala çevrilməsinin […]
Davranış psixoterapiyası
Davranış psixoterapiyası müraciət edən şəxsin şəxsi konflikt təcrübələriylə maraqlanmadan birbaşa müşahidə olunan simptomların aradan qaldırılmasına yönəlmiş, açıq davranışa yönəlmiş terapiya metodudur. Bihevioral terapevtin müalicədəki hədəfi sadə və konkretdir: adaptasiyasız vərdiş və ya davranışı neytrallaşdırır, yeni adaptiv, təşviş yaratmayan davranış şəkilləri formalaşdırır.Psixodinamik terapiyalardan fərqli olaraq, davranışçı psixoterapiya, uyğunlaşmamış davranışın səbəbi ola biləcək şüursuz motivasiyaların üzə çıxarılmasına […]
Zərərli vərdişlərin psixoterapiyası
İnsanlar sağlamlığına mənfi təsir etdiyini bilə-bilə, imtina edə bilmədiyi bəzi vərdişlər var. Bunlara zərərli vərdişlər deyilir. Bu qrupa : Maddələrdən #asılılıq ;Televiziya və internet asılılığı;#Alkoqol, #siqaret, maddə (narkotik maddələr) istifadəsi aid edilir. Asılılıqların #terapiyasında konsultant tərəfindən zərərli məqamlara səbəb olan xəstəliklər bildirilir, illərdir problemi ilə bağlı yaratdığı müdafiə mexanizmləri qırılır, xəstəliyin qəbul edilməsi üçün fərqindəlik […]
Abituriyentlərin psixoloji hazırlığı
Abituriyentlərlə psixoloji iş : İmtahan stressinin aradan qaldırılması ;İmtahanla bağlı neqativ düşüncələrin korreksiyası ;Nəfəs alma texnikaları ;Planlı və proqramlı imtahana hazırlıq ;Yuxu və qidanın nizama salınması ;Diqqət dağınıqlığının aradan qaldırılması ;Motivasiyanın yüksəldilməsi ;Həyəcanın idarə edilməsi ;İmtahanqabağı sürətli təkrarlama, yaddasaxlama və yadasalma texnikaları ;İmtahan müddətində zamanın idarə olunması, sualların işlənmə ardıcıllığı və cavab kartını yazma metodları […]
Yeniyetmələrlə psixoloji iş
İnsanın həyatda ən çox çətinlik çəkdiyi mərhələ yeniyetməlik mərhələsidir desək yanılmarıq. Çünki bu mərhələdə tədricən uşaqlıqdan yetkinliyə doğru gedən bir fərd nə uşaq, nə də ki tam yetkindir. Bu mərhələ yalnız yeniyetmələr üçün deyil, yeniyetmə uşaqları olan valideynlər, yeniyetmə şagirdləri olan müəllimlər və hətta yeniyetmələrlə işləyən psixoloqlar üçün də çətindir. 🔹Yeniyetmələrlə Psixoloji konsultasiyalara daxildir: ✔️ […]