“Abituriyentlərin imtahana psixoloji hazırlığı” təlimi
05.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlim keçirildi. Abituriyentlər, müəllimlər, valideynlər və psixoloqların iştirakı ilə keçən təlimdə Elnur Rüstəmov qəbul imtahanına psixoloji hazırlıq, imtahan stressinin idarə olunması, özünə inam, hədəfə yönəlmə, müvvəffəqiyyətə köklənmə, motivasiya və s. mövzular üzrə məruzə etdi, həmçinin təlim iştirakçılarının suallarını cavablandırdı. İnanırıq ki, […]
Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş
04.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş keçirildi. Qeyd edək ki, Azərbaycanda səfərdə olan tələbələr Qlobal Karyera İnstitutunun dəstəyilə Azərbaycanın bir sıra institutlarını gəzmiş, bu gün isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olmuşlar. Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində […]
“HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI praktik təlimi
31.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” adlı praktik təlim baş tutdu. Həyəcan pozuntusunun yaranma səbəbləri, digər problemlərə keçid etməsi və həyəcanın aradan qaldırılma texnikalarından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, praktik çalışmalar, sual-cavab, […]
Könüllü Fəaliyyət Proqramı – görüş
30.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin digər əməkdaşları iştirak etmişlər. Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət […]
Tələbələrin təcrübə proqramı – görüş
29 mart tarixində Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin IV kurs tələbələrinin Psixologiya Elmi-Tədqiqat İnstitutu daxilində planlaşdırılan praktik təcrübə müddəti sona çatdı. Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov təcrübəçi tələbələrlə yekun görüşdə geridə qoyduğumuz bir ay müddətində praktik təcrübə proqramı əsasında görülən işlərdən danışdı, tələbələrin fikirlərini dinlədi və son olaraq bütün tələbələrə əldə […]
“Koqnitiv İnkişaf” təlimi
28.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva Xəzər Universitetinin Psixologiya Departamentinin dəvətilə həmin departamentin 1-ci və 2-ci kurs tələbələrinə qonaq müəllim qismində “Koqnitiv İnkişaf” mövzusunu tədris etmişdir.Tələbələrin də aktivliyilə keçən dərs sual-cavab, qarşılıqlı diskussiya şəklində davam etmişdir. Dəvət üçün Xəzər Universitetinin Psixologiya Departamentinə, uğurlu keçən […]
Könüllü Fəaliyyət Proqramı – seçim mərhələsi
26 Mart 2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı. Sənəd qəbulu mərhələsindən keçmiş namizədlərlə müsahibə artıq yekunlaşdı. Müsahibə mərhələsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin əməkdaşları Sevinc Məmmədzadə və Leyla Əliyeva iştirak etmiş, namizədlərə Könüllü Fəaliyyət Proqramının əsas […]
“UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” praktik təlimi
17.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında “UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” adlı praktik təlim baş tutdu. Uşaq tərbiyəsində istifadə edilən metodlar, ailədə düzgün disiplin, mükafatlandırma və cəza sisteminin düzgün tətbiqetmə qaydaları və texnikaları, düzgün davranış modelinin qurulmasından bəhs […]
“Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu
16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi.Mövzu üzrə yeni yanaşmalar və perspektivləri təqdim edən forum institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin təşəbbüsü ilə baş tutdu.Azərbaycan Respulikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunan forumda ilk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov “Psixologiya Elmi Tədqiqat […]
“Psixologiya və Cəmiyyətin İctimai Praktikası” mövzusunda müzakirə
03.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Edison Quliyevin təqdimatında müzakirə saatı keçirildi. “Psixologiya və Cəmiyyətin İctimai Praktikası” mövzusunda keçən müzakirədə Edison Quliyev psixologiya elminin qədim tarixindən, günümüzə qədərki inkişafından bəhs etmiş, […]
Tələbə təcrübə proqramı – “Sağlamlıq psixologiyası”
01.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, eyni zamanda Xəzər Universitetinin müəllimi Nilufər Əlizadə Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Sağlamlıq psixologiyası” mövzusunda təlim keçmişdir.
Tələbə təcrübə proqramı – “Sağlamlıq psixologiyası”
01.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, eyni zamanda Xəzər Universitetinin müəllimi Nilufər Əlizadə Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Sağlamlıq psixologiyası” mövzusunda təlim keçmişdir.