Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş

Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş

04.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Qazaxıstanın Turan-Astana Universitetinin Pedaqogika və Psixologiya fakültəsində magistr pilləsi üzrə təhsil alan tələbələrilə görüş keçirildi. Qeyd edək ki, Azərbaycanda səfərdə olan tələbələr Qlobal Karyera İnstitutunun dəstəyilə Azərbaycanın bir sıra institutlarını gəzmiş, bu gün isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun qonağı olmuşlar. 
Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru Elxan Bəylərov, Biznes Psixologiyası şöbəsinin müdiri Kənan Rəhimov, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və Qlobal Karyera İnstitutunun rəhbəri Orxan Həsənoğlu iştirak etmişlər. 
Elnur Rüstəmov Azərbaycanda Psixoloji Xidmətin inkişafından, psixologiya sahəsindəki yeniliklərdən söz açmış, daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranmasının psixologiya elminin inkişafında atılan uğurlu addım olduğunu qeyd edərək, institutun əsas fəaliyyət istiqamətləri ilə qonaqları yaxından tanış etmişdir. 
Tələbələr də həmçinin bu sahədə öz bilik və təcrübələrini iclas iştirakçıları ilə paylaşmışlar. 
Daha sonra Qazaxıstanlı tələbələr institutu gəzərək , burada fəaliyyət göstərən şöbələr və mərkəzlərlə, eləcə də elmi kitabxana ilə yaxından tanış olmuş və görüşdən məmnun ayrıldıqlarını bildirmişlər. 
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Qazaxıstanlı tələbələri institutumuzda görməkdən qürur duyub məmnunluğumuzu bildiririk.

Online Qeydiyyat