“Psixologiya” jurnalının yeni buraxılışında Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş “Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır” adlı elmi konfrans çərçivəsində yazılan məqalələr yer alır
2021-ci ilin 4 saylı “Psixologiya” jurnalında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş “Mən fikirlər ustadıyam, fəzilətim bir ümmandır” adlı elmi konfrans çərçivəsində yazılan məqalələr yer alır.
“Psixologiya” elmi jurnalının yeni nüsxələri çap olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən “Psixologiya” elmi jurnalının 2020-ci il 3 və 4 saylı, 2021-ci il 1 və 4 saylı nüsxələri çap olunub.Jurnallar 44 məqalə və tezisdən ibarətdir.
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Yeniyetmələrdə akademik özünəinam, ertələmə və psixoloji rifah arasında əlaqə” mövzusunda aparılan elmi-tədqiqat işinin yekun hissələrinı baxılıb. Doç.Dr.Seydi Ahmet Satıcı qrup iştirakçılarına ədəbiyyat siyahısının yazılması qaydalarını öyrədib. Sonda PhD Elnur Rüstəmov və Doç.Dr.Seydi Ahmet Satıcı qrupa […]
Nəzəri və eksperimental psixologiya şöbəsinin əməkdaşları ilə görüş keçirilmişdir
Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri dos. M.Əliyev, elmi işçilər dr. Nadir Əlirzalı və S.Əliyeva üzərində çalışdıqları məqalənin riyazi-statistik təhlili ilə əlaqədar atılacaq addımları müzakirə ediblər və mövcud məlumatları nəzərdən keçiriblər. Həmçinin diqqətin öyrənilməsi üçün istifadə ediləcək IVA-2 proqramı test edilmiş, dr. Nadir Əlirzalı testin mahiyyəti, məqsədi, keçirilmə şərtləri və mərhələləri haqda ətraflı izahat vermişdir. […]
7 Fevral- Beynəlxalq Təhlükəsiz İnternet Günüdür
Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq, hər il fevral ayında qeyd olunur. Əsas məqsəd təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. Biz də […]
“Peşəkar psixoloq-12” təcrübə proqramının ilk dərsi keçirilmişdir
Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Peşəkar psixoloq-12” təcrübə proqramının ilk dərsi baş tutub. Kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva tərəfindən həyata keçirilir. Dərs müddətində psixoloq Mətanət Əliyeva 0-6 yaş arası uşaqlarda “DENVER-2” testinin istifadə edilməsi barədə məlumat verib. Siz də “Peşəkar psixoloq” olmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz: 070 268 […]
Qardaş Türkiyə, başın sağ olsun!
Türkiyənin bəzi şəhərlərində baş verən zəlzələ nəticəsində həyatını itirmiş şəxslərə Allahdan rəhmət diləyirik!Hər zaman yanındayıq, qardaş Türkiyə. Başın sağ olsun!
Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutub
Fevralın 5-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 1-ci qrupu üçün növbəti CANLI dərs baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova iştirakçılara “Montessori yanaşması”, “İnkişaf psixopatologiyası”, “Cinsi inkişaf və cinsi təhsil”, “Uşaq inkişafında klinik texnikaların tətbiqi”, “Üstün zəkalı uşaqların […]
Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutub
Fevralın 4-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 1-ci qrupu üçün növbəti CANLI dərs baş tutub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin kiçik elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova iştirakçılara “Montessori yanaşması”, “İnkişaf psixopatologiyası”, “Cinsi inkişaf və cinsi təhsil”, “Uşaq inkişafında klinik texnikaların tətbiqi”, “Üstün zəkalı uşaqların […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “Cangüdən” verilişində qonaq olmuşdur
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov “Xəzər” televiziyasında yayımlanan “Cangüdən” verilişində Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Beyin və davranış” laboratoriyası haqqında ətraflı məlumat verib.
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Yeniyetmələrdə akademik özünəinam, ertələmə və psixoloji rifah arasında əlaqə” mövzusunda aparılan elmi-tədqiqat işi yekunlaşdırılıb. Daha sonra “Müəllimlərdə emosional intellekt ilə iş məmnunluğu arasında psixoloji sıxıntının vasitəçi rolu” mövzusunda yazılan məqalənin paraqrafları, əlavə ediləcək bəndlər və […]
“Beyin və Davranış Laboratoriyası”nın elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun “Beyin və Davranış Laboratoriyası”nın elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə aparılan tədqiqat işi üçün lazım olan statistik göstəricilər, göstəricilərin SPSS proqramına işlənib hazırlanması, eyni zamanda toplanılan bazalar haqqında müzakirələr edilib.