Nəzəri və eksperimental psixologiya şöbəsinin əməkdaşları ilə görüş keçirilmişdir

Nəzəri və eksperimental psixologiya şöbəsinin müdiri dos. M.Əliyev, elmi işçilər dr. Nadir Əlirzalı və S.Əliyeva üzərində çalışdıqları məqalənin riyazi-statistik təhlili ilə əlaqədar atılacaq addımları müzakirə ediblər və mövcud məlumatları nəzərdən keçiriblər. Həmçinin diqqətin öyrənilməsi üçün istifadə ediləcək IVA-2 proqramı test edilmiş, dr. Nadir Əlirzalı testin mahiyyəti, məqsədi, keçirilmə şərtləri və mərhələləri haqda ətraflı izahat vermişdir.

Sonda görüləcək işlərlə bağlı şöbə əməkdaşlarının koordinasiyalı şəkildə mütəmadi əks əlaqə fonunda icra edəcəyi vəzifələr dəqiqləşdirilib, növbəti tədqiqat işləri üçün zəmin hazırlanıb.

Online Qeydiyyat