Elmi tədqiqat qrupunun görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun növbəti elmi tədqiqat qrupunun görüşü keçirilib. Görüşdə aparatlarla həyata keçirilirən seansların nəticələrinin tədqiqatlarda istifadə olunması, meyarların təyin edilməsi, nəzərdə tutulan tədqiqatların istiqaməti ilə bağlı müzakirələr aparılıb. Qrup üzvləri tədqiqat üçün məlumatların toplanması, təhlil edilməsi, nəticələrin araşdırılması barədə fikirlərini bölüşüblər.
“Narsist nəsil” təhlükəlidir?
Son illər yeniyetmə və gənclərdə ən çox görülən problem narsizm və asosiallıqdır. Belə ki, müasir dövrün yeniyetmə və gəncləri yalnız özlərini düşünür, ətrafdakılarla səmimi ünsiyyət qurmaqdan qaçırlar. Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, texnoloji əsrdə, qloballaşan dünyada insanlararası münasibətlərdə böyük bir dəyişiklik müşahidə olunur: “Yəni, insanın özünə, dünyaya, digər insanlara münasibətində köklü dəyişikliklərin şahidi […]
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Müəllimlərdə emosional tükənmənin peşə məmnunluğuna təsiri” ilə bağlı elmi tədqiqatın yekun müzakirələri aparılıb. Toplanan məlumatlar təhlil edilib, mütəxəssislər əldə olunan nəticələrlə bağlı fikirlərini bölüşüblər.
Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutmuşdur
Yanvarın 8-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 1-ci qrupu üçün növbəti CANLI dərs baş tutub. Pedaqogika üzrə fəlsəfə doktoru, korreksiya pedaqoqu, loqoped, beynəlxalq ekspert Lalə İmanova iştirakçılara nitq problemlərini yaradan səbəblər, nitq problemlərinin təsnifatı, nitq pozuntularının simptomatikası, şifahi və yazılı nitq qüsurları mövzularında məlumat verib. Daha sonra pedaqogika […]
Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutmuşdur
07 yanvarda Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq İnkişafı və Psixologiyası Kursu – Rəsmi İxtisasartırma təhsilinin 1-ci qrupu üçün növbəti CANLI dərs baş tutub. Peşəkar Psixologiya Mərkəzinin direktoru, klinik psixoloq Nuriyyə Quliyeva iştirakçılarla uşaqlarda psixoloji inkişaf, uşaqlarda sosial və emosional inkişaf, uşaqlarda inkişaf pozuntuları və uşaqlarda davranış pozuntuları mövzularında zəngin bilik və təcrübəsini bölüşüb. Eyni zamanda, neyropsixoloji […]
Bayramdan sonra işə necə adaptasiya olaq?
Məzuniyyəti, xüsusilə də bayram tətillərini hər kəs çox sevir. İşləyən insanlar bayram tətillərində rahat istirahət edir, qısa müddət də olsa iş stresindən uzaq qalırlar. Bəs bayram tətilindən qayıtdıqdan sonra işə adaptasiya prosesində nəyə diqqət etməliyik? Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az–a açıqlamasında bildirib ki, bayram, qısa tətil və məzuniyyətlərdən sonra bir qisim insan işə adaptasiya olmaqda müəyyən […]
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Müəllimlərdə emosional intellekt ilə iş məmnunluğu arasında psixoloji sıxıntının vasitəçi rolu” mövzusunda aparılan elmi araşdırmanın yekun işləri müzakirə olunub.
“Lyüşer testi” mövzusunda vebinar həyata keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyevanın təqdimatında “Microsoft Teams” platforması üzərindən “Lyüşer testi” mövzusunda vebinar həyata keçirilib. Təlimdə Lyüşer testinin necə tətbiq edildiyi, kimlərə tətbiq edildiyi haqqında məlumat verilib, praktik məşqlər edilib. Sonda isə iştirakçıların sualları cavablandırılıb. Öz zəngin bilik və təcrübəsini iştirakçılarla bölüşdüyü üçün Mətanət xanıma təşəkkürümüzü bildiririk.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2022-ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2022-ildəki fəaliyyətin yekunlarına dair hesabat iclası keçirilib.İclasda institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və Elmi-metodiki şöbənin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyeva, Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Nəzəri eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev, Marketinq və ictimaiyyətlə […]
Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri
Məlumdur ki, insanın inkişafı elə bir prosesdir ki, onu dörd əsas hissəyə və yaxud parametrə bölmək olar: fiziki inkişaf, informasiya almaqla inkişaf, emosional inkişaf və ictimai inkişaf. Bu parametrlərin hər birinin inkişafın xüsusi bir tərəfini göstərməsinə baxmayaraq, onların arasında mühüm qarşılıqlı asılılıq mövcuddur. Misal üçün, informasiya almaq məharəti ola bilsin ki, uşağın fiziki, emosional və […]
Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmovun rəhbərliyi ilə institutun elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib. Görüşdə “Yeniyetmələrdə psixoloji sağlamlıq ilə məktəbdən məmnunluğun qarşılıqlı əlaqəsində imtahan həyəcanının vasitəçi rolu” mövzusunda aparılan elmi araşdırmanın yekun işləri müzakirə olunub. Daha sonra növbəti tədqiqat barədə müzakirə aparılıb və bu istiqamətdə gələcək planlar barədə qərar qəbul […]