“Narsist nəsil” təhlükəlidir?

Son illər yeniyetmə və gənclərdə ən çox görülən problem narsizm və asosiallıqdır. Belə ki, müasir dövrün yeniyetmə və gəncləri yalnız özlərini düşünür, ətrafdakılarla səmimi ünsiyyət qurmaqdan qaçırlar.

Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, texnoloji əsrdə, qloballaşan dünyada insanlararası münasibətlərdə böyük bir dəyişiklik müşahidə olunur: “Yəni, insanın özünə, dünyaya, digər insanlara münasibətində köklü dəyişikliklərin şahidi oluruq. Xüsusən də, texnologiya həyatımıza girəndən sonra şəxslərarası münasibətdə, ünsiyyətdə böyük bir dəyişikliyin şahidi oluruq. Şübhəsiz ki, biz bunu uşaqların, yeniyetmələrin, gənclərin, hətta orta yaşlı insanların davranış və ünsiyyətində görə bilərik”.Onun sözlərinə görə, heç kimə sirr deyil ki, bu gün az qala ifrat fərdiləşmə gedir. İfrat fərdiləşmə özlüyündə hən narsizm duyğularını gücləndirir, həm də asosiallığa şərait yaradır: “Yəni, insan daha çox özü ilə məşğul olmağa, özünü düşünməyə, qorumağa, məsuliyyət götütməməyə meyilli olur. Əslində, bu, uşaqlarda da var. Sadəcə uşaqdır deyə biz o mərhələyə xüsusi fikir vermirik. Yeniyetmə və gənclərdə isə bunu aydın şəkildə görə bilirik. Bu onu göstərir ki, yeni dünya nizamı, insanlararası münasibət modeli formalaşır. Burda, xüsusən sosiallaşma istiqamətində qabaqlayıcı tədbirlər görülməyi xüsusi olardı”.

Psixoloq qeyd edib ki, real iş prosesində yeniyetmə və gənclərin bundan əziyyət çəkdiyinin şahidi oluruq: “Ünsiyyət qurmaq, dostları ilə vaxt keçirmək istədiklərini, ancaq edə bilmədiklərini deyirlər. Çünki öz düşüncələrindəki model daha çox özünə fokslanıb. Cəmiyyətə çıxıb görmək istədiyi dünyanı görə bilməyəndə özünə qapanır. Nəticədə, bu hal onların həyat keyfiyyətinə mənfi təsir göstərir”.

Müsahibimiz hesab edir ki, ümumiyyətlə, psixi sağlamlıq və təhlüksəzilik istiqamətində maariləndirmə işi aparılsa, yaxşı olar. Onun dediyinə görə, bu, uşaq bağçalarında, orta və ali məktəblərdə və digər fəaliyyət sferalarında olamalıdır. Xüsusi kompomnentlərdən biri olan sosiallaşmağa xüsusi diqqət yetirilməlidir.“Bu istiqamətdə maarifləndirmə işləri aparsaq, müəyyən qədər problemin qarşısını ala bilərik. Əks təqdirdə görürük ki, bu cür hallar dəyər sistemimizə və ümumi psixologiyamıza təsir göstərir. Bu da ailə, insanlararası münasibətlərdə problemin ortaya çıxmasına rəvac verir”, – deyə Elnur Rüstəmov vurğulayıb.

Qeyd edək ki, narsist şəxs aşağıdakı xüsusiyyətlərlə fərqlənir:

Narsisist insanlar empatiya qura bilmirlər.

Narsisist insanlar təriflə qidalanır.

Tənqidə dözümsüzdürlər.

Öz fikirlərini qəbul etməyə məcbur etmək istəyirlər.

Bu insanlar uğura həvəslidirlər.

Özlərini heyrətləndirmək üçün hər şeyi edəcəklər.

https://bakivaxti.az/az/posts/detail/dovrun-yeni-belasi-narsisist-nesil-tehlukelidir-1673519169#.Y8AIZuBfY0H

Online Qeydiyyat