III Könüllü Fəaliyyət Qrupu – “Klinik psixologiya” mövzulu seminar

05.11.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun lll Könüllü Fəaliyyət Proqramı üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursu start götürdü. Kurs proqramı çərçivəsində ilk dərs Klinik Psixologiyaya həsr olundu və Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olundu.Nərmin xanıma yeni informasiyalar və praktik məşğələlərlə zəngin dərs üçün təşəkkürümüzü bildirir, könüllülərimizə isə uğurlar arzu edirik.

Uşaq psixologiyası kursu (Modul 1)

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 04.11.2019 tarixində başladı. Narınc xanım ilk modulda iştirakçılara uşaq psixologiyası haqqında ümumi məlumat verib hər yaş dövrünün xarakterik xüsusiyyətlərini vurğuladı, uşağın ana bətnindəki inkişafı mərhələsinə geniş yer ayırdı, uşağın ilkin diaqnostikası, diaqnozun təyin olunması mövzularında zəruri informasiyalar verdi, həmçinin iştirakçıların suallarını […]

Klinik psixologiya kursu ( Modul 1 )

02.11.2019 tarixində institutumuzda Klinik Psixologiya Kursu başladı. Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan kurs proqramı Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmışdır. Kursun ilk modulunda Nərmin xanım iştirakçılara klinik psixologiyanın tarixi, diaqnoz kriteriyalarını müəyyənləşdirən kitablar, pataloji davranışlar, klinik psixologiyada tədqiqat üzrə yanaşmalar, hipotezlərin qoyulması və yoxlanılması və s. haqqında […]

“Məktəb Psixoloqlarının Peşəkar İnkişafı” Kursu ( Modul 1 )

02.11.2019 tarixində institutumuzda başlayan növbəti kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu oldu. Kursda Bakı məktəbləri ilə yanaşı, ölkəmizin digər şəhər və rayon məktəblərinin psixoloqları da iştirak etdilər.Arzuolunan kursun tədrisi üçün Elxan müəllimə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar arzu edirik.

III Könüllü Fəaliyyət Qrupu – iclas

02.11.2019 tarixində institutumuzda lll Könüllü Fəaliyyət Qrupu ilə oktyabr ayının yekun hesabat iclası baş tutdu. Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadənin iştirakı ilə baş tutan iclasda könüllülərin oktyabr ayı ərzindəki fəaliyyəti, gördüyü işlər dəyərləndirildi, noyabr ayında […]

Ümumi psixologiya kursu (Modul 2)

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadənin 29.10.2019 tarixdə keçirdiyi ÜMUMİ PSİXOLOGİYA KURSU-nun ll modulundan görüntüləri sizə təqdim edirik.

Loqopediya kursu (Modul 2)

Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, defektoloq-loqoped Qönçə Ağayevanın tədris etdiyi Loqopediya Kursunun 28.10.19 tarixdə keçirilən ikinci modulundan görüntüləri sizə təqdim edirik.

Koqnitiv-Bihevioral Terapiya Kursu (Modul 5)

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun 26.10.2019 tarixində baş tutan 5-ci modulundan görüntüləri sizə təqdim edirik.

“Bədən dili və qeyri-verbal ünsiyyət mədəniyyəti” seminarı

26.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, NLP üzrə praktik Ramil Mirzəyevin təqdimatında “Bədən dili və qeyri-verbal ünsiyyət mədəniyyəti” seminarı keçirildi.Əvvəlcə Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti Ceyhun Alıyev çıxış edərək seminar […]

Ümumi psixologiya kursu (Modul 1)

22.10.2019 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında ÜMUMİ PSİXOLOGİYA KURSU start götürdü. Aydan xanım ilk dərsdə kurs iştirakçılarına psixologiyanın bir elm kimi formalaşması və inkişafı, məqsədi, metodologiyası haqqında məlumat verdi, psixologiya elminin əsas müddəaları haqqında ətraflı […]

Loqopediya kursu (Modul 1)

21.10.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Loqopediya Kursu başladı. Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunan kursun ilk dərsində iştirakçılara Loqopediya haqqında ilkin məlumatlar verildi, nitqin ilkin müayinəsi və diaqnozun təyin olunması, nitq qüsurlarının növləri mövzularına yer verildi.İştirakçılar tərəfindən rəğbətlə dəyərləndirilən ilk dərs üçün Qönçə xanıma dərin təşəkkürümüzü bildirir, iştirakçılarımıza […]

Koqnitiv-bihevioral terapiya kursu (Modul 4)

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun 19.10.2019 tarixində baş tutan lV modulundan görüntüləri sizə təqdim edirik.İnteraktiv keçən, qarşılıqlı müzakirələrlə davam edən növbəti dərs üçün Aydan xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarına növbəti modulda görüşmək ümidilə […]

Online Qeydiyyat