III Könüllü Fəaliyyət Qrupu – iclas

02.11.2019 tarixində institutumuzda lll Könüllü Fəaliyyət Qrupu ilə oktyabr ayının yekun hesabat iclası baş tutdu. Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadənin iştirakı ilə baş tutan iclasda könüllülərin oktyabr ayı ərzindəki fəaliyyəti, gördüyü işlər dəyərləndirildi, noyabr ayında həyata keçirilməsi nəzərdə tutulan işlər müzakirə edildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, növbəti ayda könüllülərimizə uğurlar arzu edirik.

Online Qeydiyyat