“HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI praktik təlimi

"HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI praktik təlimi

31.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında “HƏYƏCANIN İDARƏ OLUNMA TEXNİKALARI” adlı praktik təlim baş tutdu. Həyəcan pozuntusunun yaranma səbəbləri, digər problemlərə keçid etməsi və həyəcanın aradan qaldırılma texnikalarından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, praktik çalışmalar, sual-cavab, qarşılıqlı diskussiya şəklində davam etdi. Təlimin sonunda iştirakçılara SERTİFİKAT təqdim edildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, uğurlu keçən təlim üçün Fuad bəyə təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar diləyirik.

Son məqalələr

Online Qeydiyyat