“Abituriyentlərin imtahana psixoloji hazırlığı” təlimi

"Abituriyentlərin imtahana psixoloji hazırlığı" təlimi

05.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlim keçirildi. Abituriyentlər, müəllimlər, valideynlər və psixoloqların iştirakı ilə keçən təlimdə Elnur Rüstəmov qəbul imtahanına psixoloji hazırlıq, imtahan stressinin idarə olunması, özünə inam, hədəfə yönəlmə, müvvəffəqiyyətə köklənmə, motivasiya və s. mövzular üzrə məruzə etdi, həmçinin təlim iştirakçılarının suallarını cavablandırdı. 
İnanırıq ki, bu təlim abituriyentlər üçün imtahan öncəsi əsl motivasiya oldu. 
İştirak edən hər kəsin məmnunluq bildirərək ayrıldığı təlim üçün Elnur Rüstəmova təşəkkürümüzü bildirir, abituriyentlərə özünəinam, imtahanda müvəffəqiyyətlər arzu edirik.

Son məqalələr

Online Qeydiyyat