Psixologiya Elmi-Tədqiqat İnstitutu 12-16 yaşlı yeniyetmələr və onların valideynlərini “YENİYETMƏ PSİXOLOGİYASI” adlı kurs proqramına dəvət edir.
Proqram Bakı Dövlət Universitetinin müəllimi, Logo Center Psixoloji və Nitq İnkişafı Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunacaq.
Təqdim olunan proqramda valideynlərlə yanaşı, 12-16 yaşlı uşaqlar da iştirak edəcək və eyni mövzuda onlarla qrup terapiyaları təşkil olunacaqdır.
Proqram qeyd olunan mövzuları əhatə edəcək:
1. Ailənin quruluşu və önəmi;
2. Yeniyetmə və onun inkişafı;
3. Yeniyetmə ilə ünsiyyət;
4. Yeniyetmə və sosial münasibətləri;
5. Yeniyetmənin məktəb həyatı;
6. Yeniyetmələrin peşəyönümlülüyü;
7. Yeniyetmələrdə psixoloji problemlər;
8. Yeniyetmələrdə riskli davranışlar;
9. Yeniyetmələrin cinsi maarifləndirilməsi.
Bununla yanaşı valideyn-övlad münasibətlərinin diaqnostikası həyata keçiriləcək, problemlərə uyğun fərdi tövsiyələr veriləcək.
Kurs 1 ay müddətində davam edəcək, həftədə iki dəfə, ll və lV günlər, saat 15:00-17:00-da keçiriləcək.
Kursda iştirak ÖDƏNİŞSİZDİR!
Yalnız 12-16 yaşlı yeniyetmələr və onların valideynləri iştirak edə bilər.
İştirakçı sayı 20 nəfər nəzərdə tutulub.
Ətraflı məlumat və qeydiyyat üçün: 070 268 27 08 ( mobil/what’s App).