Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir (Media)

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.

“Ölkə.Az”ın məlumatına görə, bu gün B.Əliyev Bakıda məskunlaşmış Ağdamdan olan məcburi köçkün seçiciləri ilə növbəti görüş keçirib. Görüş səmimi və diskussiya şəraitində keçib və ölkəmizdə həyata keçirilən islahatlar, seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

B.Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi, dövlət tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və qayğı haqqında geniş danışıb. B.Əliyev həmçinin bu günlərdə Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı və keçirdiyi görüşlər haqqında danışaraq bildirib ki, bu görüşlər bir daha göstərdi ki, Azərbaycan dünyada etibarı tərəfdaş kimi böyük nüfuz qazanıb, investorların Azərbaycana marağı xeyli artıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında danışan B.Əliyev bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb, Azərbaycanın bir sıra mədəni-tarixi abidələri UNESKO-nun Dünya irs siyahısına daxil edilib. B.Əliyev vurğulayıb ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Ağdamda Muğam Mərkəzinin yaradılması xalqımızın, gənclərimizin mənəvi inkişafına çox böyük təkan verib.

B.Əliyev həmçinin seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.

Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.

Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl Abşeron, Yasamal, Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində, Dərnəgül qəsəbəsində, Sahil qəsəbəsində, Suraxanı, Nərimanov, Sabunçu rayonlarında, Qaradağ rayonu Müşfiq qəsəbəsində məskunlaşmış seçiciləri ilə görüşlər keçirib.

http://olke.az/news/detail/bextiyar-eliyev-secicilerle-goruslerini-davam-etdirir-foto-179587/

Son məqalələr

Online Qeydiyyat