“Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassı

Bu xəbərə sevinəcəksiniz!
Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qısamüddətli Həll Mərkəzli Terapiya” mövzusunda 10 saatlıq masterclassı təqdim edir!
Qısamüddətli həll mərkəzli terapiya müasir dövrdə tətbiq olunan və xüsusi effektivliyi ilə seçilən terapiya üsullarından biridir. Müalicə indiki an və keçmiş üzərində mərkəzləşməyərək çox problemin həll edilmə ehtimalının olduğu gələcək üzərinə diqqət yetirir. Terapiya “problem” və ya “şikayət”-in olmadığı anlar üzərində dayanır.
Əgər siz də müraciət edənlərlə psixoloji iş zamanı vaxt məhdudiyyətinə baxmayaraq gözəl nəticələr əldə etmək istəyirsinizsə, bu masterclass məhz sizin üçündür.
Masterclass Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyeva tərəfindən aparılacaq, 10 saat müddətində, 3 gün, 3 modul üzrə, 🗓14-15-16 Fevral 2020 tarixlərində ⏰saat 14:00-17:00 aralığında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək.
Masterclassın proqramı ilə tanış olmaq istəyənlərə proqram göndəriləcək. ✅Masterclass ödənişlidir!💰
✅İştirak edən hər kəsə Sertifikat təqdim ediləcək!📜
✅Öncədən qeydiyyat mütləqdir! ☎Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat