26.02.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Xocalı faciəsi anıldı. Xocalı faciəsinə həsr olunmuş tədbirdə Xocalıda həlak olmuş həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev çıxış edərək Xocalı soyqırımında ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən söz açdı və baş vermiş faciədə həlak olan həmvətənlərimizə rəhmət, xalqımıza başsağlığı dilədi.
Ardınca tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov çıxış etdi, Xocalı faciəsinin Azərbaycan xalqının qanla yazılmış tarixi olduğunu qeyd edərək Xocalı hadisələrindən bəhs etdi.
Daha sonra Xocalı hadisələrinin lentə alındığı video-rolik izlənildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Xocalıda həlak olmuş həmvətənlərimizə rəhmət, xalqımıza başsağlığı diləyirik.