Müsahibə : “Karantin rejimində evdə necə vaxt keçirməliyik?” – Psixoloq açıqladı…

“Karantin müddətində də ailələr özlərinin günlük fəaliyyətini planlamalıdır, yəni yuxu rejimindən tutmuş, asudə vaxta qədər hər şey öz qaydasıyla getməlidir”

Bunu Moderator.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. Psixoloq insanların bu vaxtı səmərəli keçirməsinin vacibliyini vurğulayıb:

“Ümumiyyətlə, karantin dövründə boşanmaların artacağı fikriylə razı deyiləm. Çində karantin dövründə boşanmaların sayının artması yalnış məlumatdır, bu statistikanı hardan götürüblər, bilmirəm. Karantin dövründə ilk növbədə rejim qaydalarına əməl etmək lazımdır. İkincisi isə hər bir ailənin bir düzəni olmalıdır. Karantin müddətində də ailələr özlərinin günlük fəaliyyətini planlamalıdır, yəni yuxu rejimindən tutmuş, asudə vaxta qədər hər şey öz qaydasıyla getməlidir. Əgər buna riayət olunarsa, ailələrdə xüsusi bir problem olmayacaq, çünki insanlar adaptasiya dövrünü keçdilər, yəni onlar artıq karantin rejimində özlərini izolyasiya etmək lazım olduğunu qəbul ediblər. Əksinə ailələr daxildəki mövcud problemə aydınlıq gətirməli, onu düzəltmək istiqamətində addımlar atmalıdırlar. Bir vaxt işdə olduqlarına görə həll edə bilmədikləri problemi indi evdə qalmaqla yoluna qoya bilərlər. İnsanlar çalışmalıdırlar ki, karantin rejimində uşaqlarıyla vaxt keçirsinlər, özlərinin yarımçıq qalan işlərini həll etsinlər. Əgər biz bunlara riayət etsək, karantin rejimindən uğurla çıxacağıq. Çünki karantin rejimindən sonra insanların işə adamtasiyasında da problem ola bilər. Biz bütün bunlara hazır olmalıyıq”.

Qeyd edək ki, Çində karantin rejimində cütlüklər evdə daha çox vaxt keçirdikləri üçün onlar arasında mübahisələrin yarandığı və boşanma hallarının artdığı bildirilir.

Vasif Əlihüseyn

https://www.moderator.az/news/317550.html?fbclid=IwAR1387RwpQeokkUHxXIyqJpyQ4qhvbWZHScVy8K7cZRcX5KsejbmMwfTNGI

Son məqalələr

Online Qeydiyyat