Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qanınla can ver” şüarı ilə qanvermə aksiyası həyata keçirdi.

22.04.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda qanvermə aksiyası keçirildi. Koronavirus (COVİD 19) infeksiyasının yayılması səbəbilə yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün də təhlükə yaradır.

Belə ki, son günlərdə donorların sayında müşahidə olunan kəskin azalma qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü demək olar ki, mümkünsüz edir.

Bu səbəbdən Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qanınla can ver” şüarı ilə qanvermə aksiyası həyata keçirdi.Qanalma prosesi Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının nümayəndələri tərəfindən Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Gülər Məmmədova, həmçinin institutumuzun əməkdaşları şəfqət, mərhəmət, humanizm, xeyirxahlıq və bu kimi yüksək insani keyfiyyətlər sərgiləyərək qanvermə aksiyasında könüllü iştirak etdilər.

Narınc Psixologiya Mərkəzinin əməkdaşları da “Güc birlikdədir” deyərək aksiyaya dəstək oldular.Həmçinin xeyirxah həmvətənlərimiz də aksiyada könüllü olaraq fəal iştirak etdilər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq xalqına biganə yanaşmayan, çətin gündə dəstəyini əsirgəməyən, qanını “can”-a çevirmək üçün bu gün bizimlə olan bütün aksiya iştirakçılarına dərin təşəkkürümüzü bildiririk!

Son məqalələr

Online Qeydiyyat